Təhsil 365 - Logo Mobile

Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatın sərgisi keçirilir - FOTO

9113.01.2026 - 13:45
Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatın sərgisi keçirilir - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında son bir ay ərzində fonda daxil olan yeni ədəbiyyatın sərgisi təşkil olunub. Sərgidə müxtəlif elm sahələrini əhatə edən dərsliklər, dərs vəsaitləri, elmi araşdırmalar, monoqrafiyalar, bədii və sənədli nəşrlər nümayiş etdirilir.

Kitabxanadan “Tehsil365"ə bildirilib ki, təqdim olunan nəşrlər arasında “Ekonometrikaya giriş”, “Biznes və iqtisadiyyat üçün statistika”, “Statistik nəticəçıxarma”, “İqtisadi idarəetmə və strategiya”, “Sosial işin etikası”, “Sistemli analiz və modelləşdirmə”, “Azərbaycan Respublikasının mediasiya hüququ” dərs vəsaiti, “Beynəlxalq tibb hüququ. Xüsusi hissə” dərs vəsaiti, “Beynəlxalq publik hüquq kursu” dərsliyi, Rauf Rüstəmovun “Vəkillik fəaliyyətinin hüquqi əsasları”, “Pedaqogika” və iki dünya müharibəsi arasında olan dövrdə və İkinci Dünya müharibəsi illərində dünya dövlətlərinin beynəlxalq münasibətlər və xarici siyasət tarixinə həsr edilmiş Çingiz Məmmədovun “Beynəlxalq münasibətlər tarixi” üçcildliyi yer alır.

Sərgidə, həmçinin yazıçı Rüfət Hüseynlinin Vətən müharibəsi qəhrəmanı mayor Amid Heydərova həsr etdiyi “Cəsarətin adı- AMİD” kitabı, “Bəxtiyar Vahabzadə zirvəsi” elmi araşdırmalar toplusu, Hikmət Məlikzadənin siyasi ekspert, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyevə həsr olunmuş “Əfsanə adam” sənədli kitab-portreti nümayiş olunur.

Oxucular Üzeyir Hacıbəylinin “Fantaziya: tar və fortepiano üçün köçürmə” əsəri, “Nizaminin gözəllik dünyası”, yazıçı və publisist Ulduz Qasımın yaradıcılığına həsr olunmuş “Sözün Ulduz axarı” məqalələr toplusu, yazıçı-şair Vahid Aslanın “Çətindərə” romanı ilə də tanış ola bilərlər.

Bundan başqa, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri dosent Sevda Xələfovanın Ümummilli Lider Heydər Əliyevin irsinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin irsinə dair elektron kitabxana-informasiya resursları” monoqrafiyası, eləcə də işğaldan azad edilmiş regionların təbii sərvətlərini, geoloji vəziyyətini, ekoloji sistemini, torpaq və su ehtiyatlarını, biomüxtəlifliyini əks etdirən fundamental elmi-kartoqrafik əsər olan “Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası” adlı nəfis nəşr sərgidə xüsusi yer alıb.

Sərgi iki həftə davam edəcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Mina Rəşid. Məktəbə gedən kukla13.01.2026 - 18:27
Misir Mardanov Bakının Dövlet Universitetində yeni vəzifəyə təyin olunacaq13.01.2026 - 18:13
Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib13.01.2026 - 17:59
Azərbaycan və Türkiyə arxeoloqları əməkdaşlıq edəcək13.01.2026 - 17:43
Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13.01.2026 - 17:29
BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb13.01.2026 - 17:14
ARB "Səkkiz" serialındakı fraqmentə görə cəza aldı13.01.2026 - 16:59
Kino Agentliyində kadr dəyişikliyi olub13.01.2026 - 16:43
Cəlilabadda məktəb direktoru avtomobillə piyadanı vurub13.01.2026 - 16:31
ABŞ startapı Ayda hotel tikməyi planlaşdırır13.01.2026 - 16:17
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 16:01
Xəzər Universitetinin müəllimi beynəlxalq jurnalda məqalə dərc etdirib13.01.2026 - 15:49
Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu13.01.2026 - 15:37
Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Tofiq Mütəllibovun həyat və yaradıcılığı13.01.2026 - 15:24
SAF DİL – MİLLİ KİMLİYİN QALASI13.01.2026 - 15:10
Türkiyə və Azərbaycan arxeoloqlarının birgə əməkdaşlığı barədə memorandum imzalanıb - FOTO13.01.2026 - 15:00
Şəki-Zaqatala Regional Təhsil İdarəsində məktəb direktorları ilə görüş keçirilib - FOTO13.01.2026 - 14:48
Yutub tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək - VİDEO13.01.2026 - 14:32
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 14:23
Tələbələr Üçün Tövsiyə Olunan Kitablar – Araşdırma13.01.2026 - 14:11
Türk professorlar UNEC-in Zaqatala filialında tədris prosesinə cəlb olunublar - FOTO13.01.2026 - 13:56
Pedaqoji Universitetlə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO13.01.2026 - 13:34
Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var13.01.2026 - 13:21
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edildi13.01.2026 - 13:10
Universitet müəllimi vəfat edib13.01.2026 - 12:59
Məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə hökm oxunub13.01.2026 - 12:47
İş yerini dəyişmək istəyən müəllimlər üçün son MƏRHƏLƏ13.01.2026 - 12:36
Həftə sonu magistratura üzrə sınaq imtahanı keçiriləcək13.01.2026 - 12:25
Rektor tələbələrlə görüş keçirib13.01.2026 - 12:12
Masallı müəllimi beynəlxalq olimpiadada uğur qazandı13.01.2026 - 12:00
Trans müəllim Texasda yeni siyasətlər səbəbilə işindən ayrıldı: "Ləyaqətimi qorumaq üçün getdim"13.01.2026 - 11:42
Yeni kampaniya Kir Starmeri uşaqların hüquqlarını məhdudlaşdırmamağa çağırır13.01.2026 - 11:24
Ekranda çox vaxt keçirmək uşaqların lüğət ehtiyatını zəiflədir13.01.2026 - 11:06
Britaniya hökumətindən müəllimlər ittifaqına çağırış 13.01.2026 - 10:54
İxtisaslaşma modeli şagirdlərin dünyagörüşünü məhdudlaşdırır? 13.01.2026 - 10:36
Müəllimlərin qarşılıqlı iş yeri dəyişməsi ilə bağlı sənəd yoxlanışı mərhələsi başlayır13.01.2026 - 10:18
Magistratura üzrə sınaq imtahanı keçiriləcək13.01.2026 - 10:00
İlham Vəliyevə universitetdə vəzifə verildi13.01.2026 - 09:48
Bakıda üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan yaxın zamanda evə buraxılacaq13.01.2026 - 09:31
Şagird yerdəyişməsi üçün SON gün13.01.2026 - 09:19
Rayon məktəblərində distant təhsil sınaqdan keçirilir13.01.2026 - 09:09
UNEC-də dərslər türkiyəli professorlar tərəfindən aparılır13.01.2026 - 08:58
Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək13.01.2026 - 08:43
BSU-nun rektoru tələbələrlə görüş keçirib13.01.2026 - 08:31
Sabah Bakıya sulu qar yağacaq13.01.2026 - 08:14
Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR13.01.2026 - 08:01
Dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ!13.01.2026 - 07:44