Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında bir qrup ümumtəhsil müəssisəsinin direktorları ilə görüş təşkil olunub.
Bu barədə “Tehsil365”ə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, görüşdə Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, eləcə də bir sıra məktəb direktorları iştirak ediblər.
Tədbir zamanı ümumtəhsil müəssisələrində aparılmış monitorinqlərin nəticələri geniş şəkildə təhlil olunub. Məktəblərdə təlim-tədris prosesinə nəzarətin gücləndirilməsi, təhlükəsizlik məsələləri, tədrisin keyfiyyətinin artırılması, məktəb sənədlərinin düzgün və vaxtında aparılması, eləcə də qarşıda duran əsas hədəflər müzakirə edilib.
Eyni zamanda, mövcud vəziyyətlə bağlı məktəb rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, bu formatda görüşlərin mütəmadi olaraq keçirilməsi və məktəblərlə əlaqələrin daha da gücləndirilməsi nəzərdə tutulur.

