Təhsil 365 - Logo Mobile

Türkiyə və Azərbaycan arxeoloqlarının birgə əməkdaşlığı barədə memorandum imzalanıb - FOTO

8813.01.2026 - 15:00
Türkiyə və Azərbaycan arxeoloqlarının birgə əməkdaşlığı barədə memorandum imzalanıb - FOTO

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun rəhbəri professor Şaban Doğanı və həmin nazirliyin mütəxəssisi, İqlim Fəaliyyəti Birliyinin üzvü, arxeoloq Burcu Bilirlə görüşüb.

Bu barədə “Tehsil365"ə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Professor Şaban Doğan Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun fəaliyyət istiqamətləri barədə çıxış edib. Qeyd edib ki, yeni yaradılmış elmi müəssisənin əsas məqsədi Türkiyədən kənarda, türk respublikalarında arxeoloji tədqiqatların aparılması, ümumtürk tarixi üçün əlamətdar abidələrin tədqiqi və türk respublikalarındakı arxeoloji tədqiqat mərkəzləri ilə əməkdaşlığın qurulmasıdır. Bildirib ki, bu il Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Monqolustanda birgə arxeoloji tədqiqatların aparılması planlaşdırılır. Bütün bu təşəbbüslərə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin böyük dəstəyi vardır. Şaban Doğan əlavə edib ki, türk respublikalarının arxeoloqları ilə təcrübə və bilik bölgüsü, türk respublikalarından olan gənc arxeoloqları Türkiyədə aparılan qazıntılarda iştiraka dəvət institutun fəaliyyətinin əsas məqsədlərindən biridir.

Xanım Burcu Bilir Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun yaradılması tarixindən, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin elmi müəssisəyə dəstəyindən danışıb. O qeyd edib ki, institutun yaradılması Türk Arxeologiyası və Mədəni İrs Fondu haqqında 7439 saylı Qanunun qəbul edilməsi ilə təsbit olunub.

Daha sonra Fərhad Quliyev və Şaban Doğan Azərbaycanda abidələr və arxeoloji tədqiqatlar mövzusunda müzakirə aparıblar. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində işğalçılar tərəfindən türk-İslam dövrü arxeoloji abidələrinin dağıdılması, Qafqaz Albaniyasının xristian abidələrinin mədəni mənsubiyyətinə qarşı saxtalaşdırmalar və bu abidələrdə hər iki elmi-tədqiqat müəssisələri tərəfindən planlaşdırılan arxeoloji tədqiqatlar barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Fərhad Quliyev və Şaban Doğan rəhbəri olduqları elmi-tədqiqat müəssisələrinin qarşılıqlı əməkdaşlığı haqqında memorandumu imzalayıblar.

Daha sonra Arxeologiya və Antropologiya İnstitutunun şöbə rəhbəri Bəhlul İbrahimli qonaqları 2025-ci ilin arxeoloji tədqiqat mövsümündə Xaraba Gilan şəhər yerində Elxanilər dövrünə aid II memorial kompleksin (Naxçıvan MR, Ordubad rayonu) 1 saylı türbəsinin sərdabəsində aşkarlanmış unikal toxuculuq nümunələri ilə tanış edib.

Aydan Ələkbərova

Xəbər Lenti

Mina Rəşid. Məktəbə gedən kukla13.01.2026 - 18:27
Misir Mardanov Bakının Dövlet Universitetində yeni vəzifəyə təyin olunacaq13.01.2026 - 18:13
Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib13.01.2026 - 17:59
Azərbaycan və Türkiyə arxeoloqları əməkdaşlıq edəcək13.01.2026 - 17:43
Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13.01.2026 - 17:29
BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb13.01.2026 - 17:14
ARB "Səkkiz" serialındakı fraqmentə görə cəza aldı13.01.2026 - 16:59
Kino Agentliyində kadr dəyişikliyi olub13.01.2026 - 16:43
Cəlilabadda məktəb direktoru avtomobillə piyadanı vurub13.01.2026 - 16:31
ABŞ startapı Ayda hotel tikməyi planlaşdırır13.01.2026 - 16:17
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 16:01
Xəzər Universitetinin müəllimi beynəlxalq jurnalda məqalə dərc etdirib13.01.2026 - 15:49
Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu13.01.2026 - 15:37
Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Tofiq Mütəllibovun həyat və yaradıcılığı13.01.2026 - 15:24
SAF DİL – MİLLİ KİMLİYİN QALASI13.01.2026 - 15:10
Şəki-Zaqatala Regional Təhsil İdarəsində məktəb direktorları ilə görüş keçirilib - FOTO13.01.2026 - 14:48
Yutub tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək - VİDEO13.01.2026 - 14:32
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 14:23
Tələbələr Üçün Tövsiyə Olunan Kitablar – Araşdırma13.01.2026 - 14:11
Türk professorlar UNEC-in Zaqatala filialında tədris prosesinə cəlb olunublar - FOTO13.01.2026 - 13:56
Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatın sərgisi keçirilir - FOTO13.01.2026 - 13:45
Pedaqoji Universitetlə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO13.01.2026 - 13:34
Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var13.01.2026 - 13:21
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edildi13.01.2026 - 13:10
Universitet müəllimi vəfat edib13.01.2026 - 12:59
Məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə hökm oxunub13.01.2026 - 12:47
İş yerini dəyişmək istəyən müəllimlər üçün son MƏRHƏLƏ13.01.2026 - 12:36
Həftə sonu magistratura üzrə sınaq imtahanı keçiriləcək13.01.2026 - 12:25
Rektor tələbələrlə görüş keçirib13.01.2026 - 12:12
Masallı müəllimi beynəlxalq olimpiadada uğur qazandı13.01.2026 - 12:00
Trans müəllim Texasda yeni siyasətlər səbəbilə işindən ayrıldı: "Ləyaqətimi qorumaq üçün getdim"13.01.2026 - 11:42
Yeni kampaniya Kir Starmeri uşaqların hüquqlarını məhdudlaşdırmamağa çağırır13.01.2026 - 11:24
Ekranda çox vaxt keçirmək uşaqların lüğət ehtiyatını zəiflədir13.01.2026 - 11:06
Britaniya hökumətindən müəllimlər ittifaqına çağırış 13.01.2026 - 10:54
İxtisaslaşma modeli şagirdlərin dünyagörüşünü məhdudlaşdırır? 13.01.2026 - 10:36
Müəllimlərin qarşılıqlı iş yeri dəyişməsi ilə bağlı sənəd yoxlanışı mərhələsi başlayır13.01.2026 - 10:18
Magistratura üzrə sınaq imtahanı keçiriləcək13.01.2026 - 10:00
İlham Vəliyevə universitetdə vəzifə verildi13.01.2026 - 09:48
Bakıda üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan yaxın zamanda evə buraxılacaq13.01.2026 - 09:31
Şagird yerdəyişməsi üçün SON gün13.01.2026 - 09:19
Rayon məktəblərində distant təhsil sınaqdan keçirilir13.01.2026 - 09:09
UNEC-də dərslər türkiyəli professorlar tərəfindən aparılır13.01.2026 - 08:58
Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək13.01.2026 - 08:43
BSU-nun rektoru tələbələrlə görüş keçirib13.01.2026 - 08:31
Sabah Bakıya sulu qar yağacaq13.01.2026 - 08:14
Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR13.01.2026 - 08:01
Dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ!13.01.2026 - 07:44