Təhsil 365 - Logo Mobile

Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Tofiq Mütəllibovun həyat və yaradıcılığı

10713.01.2026 - 15:24
Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Tofiq Mütəllibovun həyat və yaradıcılığı

Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair Tofiq Mütəllim oğlu Mütəllibov 1929-cu il aprelin 13-də Naxçıvan şəhərində anadan olub. O, 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ali təhsil alıb.

“Tehsil365” xatırladır ki, Tofiq Mütəllibovun ədəbi yaradıcılığa erkən yaşlarından başladığı bildirilir. Onun “Zəfər” adlı ilk şeiri 1946-cı ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. Sonrakı illərdə “Pioner” jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor və böyük redaktor, “Azərbaycan pioneri” qəzetində şöbə müdiri vəzifələrində çalışıb. Daha sonra “Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayan şair ömrünün sonunadək bu mətbu orqanda işləyib.

XX əsrin 50-ci illərindən şair kimi tanınan Tofiq Mütəllibov 30-a yaxın kitabın müəllifidir. Onun “Görüş”, “Şeirlər”, “Bəxtiyar balalar”, “Gözəllikdən doymur ürək”, “Sənin xətrinə”, “Danışan çiçəklər”, “Mənim əzizlərim”, “Görüş yerimiz” və digər kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Şairin son kitabı “Sevənlərin ürəyi” ölümündən az əvvəl çap olunub.

Bildirilib ki, şair uşaqların psixologiyasını dərindən bildiyinə görə onun qələmindən çıxan şeirlər illərdir sevilərək oxunur. Tofiq Mütəllibovun müəllifi olduğu, məktəb mühitində baş verən sadə, lakin tərbiyəvi bir hadisəni əks etdirən aşağıdakı şeir də bu baxımdan diqqət çəkir:

Təbaşirə bulaşmışdı
Dilarənin saçı, üzü.
Arxayınca gəzirdi o,
Xəbərsizdi bundan özü.

Qəh-qəh çəkib gülüşdülər
Yoldaşları onu görcək.
Biri dedi: – Üzün ağdır,
Üstünə də təbaşir çək.

Biri dedi: – Nə gözəldir,
Nə qəşəngdir bu görkəmin.
Ağappaqsan, “Qar qız” olsun
Qoy bu gündən adın sənin.

Biri isə nə söz deyib,
Nə üzünə güldü onun.
Yaylığını çıxardaraq
Üz-gözünü sildi onun.

Qeyd olunur ki, bu şeir Tofiq Mütəllibovun uşaqlarda mərhəmət, nəzakət və empati hisslərini aşılamağa yönəlmiş yaradıcılığının bariz nümunələrindən biridir.

Xatırladaq ki, şair bəstəkar Qənbər Hüseynli ilə birgə Azərbaycan musiqisinə məşhur “Cücələrim” mahnısını bəxş edib. Bu mahnı bu gün də uşaqlar tərəfindən sevə-sevə ifa olunur və bir çox dillərə tərcümə edilib.

Görkəmli şair Tofiq Mütəllibov 1992-ci il oktyabrın 30-da vəfat edib.

Aydan Ələkbərova

Xəbər Lenti

BDU komandası respublika üzrə proqramlaşdırma müsabiqəsində III yeri tutub03.03.2026 - 12:28
Türkoloji Araşdırmalar İnstitutunun müəllimi: Türk dünyasının birliyi elmi və siyasi əsaslara söykənir03.03.2026 - 12:19
WUF13 şəhərsalma ilə bağlı aktual məsələləri müzakirə etmək üçün qlobal platformadır - FOTO03.03.2026 - 12:09
Direktorlar üçün növbəti təlim-seminarlar keçirilib03.03.2026 - 11:51
Rəqəmsal bacarıqlar üzrə diaqnostik qiymətləndirilmə keçirilib 03.03.2026 - 11:40
BSU Polşa Respublikasının iki universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR03.03.2026 - 11:29
NDU-da “Nanomateriallar və nanotexnologiyalar energetikada” monoqrafiyasının təqdimatı keçirilib - FOTO03.03.2026 - 11:18
“Sabahın alimləri” müsabiqəsinin milli final mərhələsi başlayıb - FOTOLAR03.03.2026 - 11:07
“Sabahın alimləri” müsabiqəsində mina təhlükəsinə qarşı yeni layihə təqdim olundu03.03.2026 - 10:55
Nazir şagirdlərin layihələrini izlədi - FOTO03.03.2026 - 10:44
Sabah hava necə olacaq? 03.03.2026 - 10:37
Bəşarət Məmmədovun anası dünyasını dəyişdi 03.03.2026 - 10:31
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb03.03.2026 - 10:23
“Məktəbli avtobusları”nın genişləndirilməsi və tariflərin tənzimlənməsi təklif olunur03.03.2026 - 10:11
100-dən çox ölkə arasında Azərbaycan layihələri uğurla təmsil olunur03.03.2026 - 10:03
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal03.03.2026 - 09:55
Magistraturaya qəbulun ikinci cəhdin tarixi açıqlandı03.03.2026 - 09:51
Bu dərs vəsaitləri də dövlət hesabına verilə bilər03.03.2026 - 09:40
“Kompozisiyanın əsasları” adlı təlim proqramı elan edilib03.03.2026 - 09:30
İlin ilk Ay tutulması başlayıb03.03.2026 - 09:20
BDU-da “Danışır təcrübə” layihəsinin ilk görüşü - FOTO03.03.2026 - 09:09
“Sabahın alimləri” müsabiqəsi 760 layihə ilə davam edir03.03.2026 - 08:59
Firudin Qurbanov: "Bu gün məzun iş axtarmamalıdır" 03.03.2026 - 08:47
İranda 168 şagirdin dəfn mərasimi keçirilir03.03.2026 - 08:35
Vokal sənəti ixtisasına qəbul şərtləri yeniləndi03.03.2026 - 08:29
Həmkarlar İttifaqı üzvləri həftəsonu istirahətə qatılıblar03.03.2026 - 08:21
“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib03.03.2026 - 08:11
Bu qədər şagird buraxılış imtahanı üçün qeydiyyatdan keçib03.03.2026 - 08:00
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi - VİDEO03.03.2026 - 07:49
DİM bu şəxslərə müraciət etdi03.03.2026 - 07:38
Bu gün hava necə olacaq? 03.03.2026 - 07:30
Bu gün Od çərşənbəsidir03.03.2026 - 07:21
BSU-da “Dil-dialoq məkanı kimi: Azərbaycan - Polşa münasibətləri” mövzusunda konfrans keçirilib03.03.2026 - 07:10
1992-ci il: Qarabağ müharibəsində Mi-26 helikopteri vuruldu03.03.2026 - 07:00
2010-cu il: Şəmkirdə Su-25 təyyarə qəzası03.03.2026 - 06:36
Əliheydər Ələkbərov haqqında xəbər03.03.2026 - 06:18
Əşrəf bəy Tağıyev haqqında xəbər03.03.2026 - 06:00
İlham Zəkiyev haqqında xəbər03.03.2026 - 05:42
Novruz Əliyev haqqında xəbər03.03.2026 - 05:18
Fərman Kərimzadə haqqında xəbər03.03.2026 - 05:06
Fəzilə Səmədova haqqında xəbər03.03.2026 - 04:54
Həkimə Billuri haqqında xəbər03.03.2026 - 04:36
Manaf Süleymanov haqqında xəbər03.03.2026 - 04:18
Abbas Rzayev haqqında xəbər03.03.2026 - 04:00
Naxçıvanda 17 yeni STEAM otağı yaradılıb rn 02.03.2026 - 19:56
Dünyanın ən qədim mağara rəsmləri tapıldı: 67.000 il yaşı var02.03.2026 - 19:50
"Grok" səsinizi kopiyalayacaq: "iOS" üçün yeni funksiya üzə çıxdı02.03.2026 - 19:44
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 19:40