Təhsil 365 - Logo Mobile

Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu

8513.01.2026 - 15:37
Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu

XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri, Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq davam edən yaradıcılıq fəaliyyəti ilə milli ədəbiyyatımıza dəyərli töhfələr verib. O, lirikamızın mövzu və forma baxımından rəngarəng, bədii cəhətdən kamil nümunələrini yaradaraq Azərbaycan poeziyasının inkişafında mühüm rol oynayıb.

“Tehsil365” xatırladır ki, Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. 1929-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra Quba Partiya Məktəbində ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb. İki ildən sonra Bakıya qayıdan şairə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondunda şöbə müdiri (1934–1938), Azərbaycan Dövlət Nəşriyyatında isə tərcüməçi (1938–1940) vəzifələrində çalışıb.

Bildirilib ki, Mirvarid Dilbazinin yaradıcılığının əsas istiqamətlərindən biri xalqın taleyi və cəmiyyət həyatında baş verən böyük dəyişikliklər olub. Onun “Qadınların hüriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” məcmuəsində dərc edilib. Həmin dövrdə yazdığı “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şeirlərində Azərbaycan qadınının yeni həyat yolunu tərənnüm edib. Şərq qadınının taleyi şairənin yaradıcılığında aparıcı mövzulardan biri kimi xüsusi yer tutub.

Böyük Vətən müharibəsi illərində Mirvarid Dilbazinin poeziyasında vətəni müdafiə, qəhrəmanlıq və fədakarlıq mövzuları ön plana çıxıb. Həmin illərdə onun yeddi kitabı nəşr olunub ki, bunlardan altısı müharibəyə həsr edilib. Şairə əmək adamlarını və onların həyatını əks etdirən “Xəzər üstə şəhərim var”, “Abşeronda gün doğanda”, “Günəş kimi”, “Çiçəklər şəhəri”, “Qoçağım Zeynəb” və digər şeirləri ilə də oxucu rəğbəti qazanıb.

Qeyd olunur ki, Mirvarid Dilbazi “Məhsəti” (1945), “Əlcəzairli qız” (1961), “Partizan Aliyə” (1972) poemalarının müəllifidir. “Məhsəti” poeması süjet genişliyi və məzmun zənginliyi ilə seçilərək məşhur rübai ustası Məhsəti Gəncəvinin həyatı və yaradıcılığından bəhs edir. “Əlcəzairli qız” poeması isə real faktlar əsasında yazılaraq İkinci Dünya müharibəsindən sonra Şərqdə güclənən azadlıq hərəkatını əks etdirir.

Şairənin yaradıcılığı 1970–1980-ci illərdə də fəallığı ilə seçilib. “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Dağ çiçəyi”, “Yasəmən fəsil”, “Seçilmiş şeirlər” kitabları, eləcə də 1982–1984-cü illərdə nəşr olunan üçcildlik “Seçilmiş əsərləri” Mirvarid Dilbazinin poeziyasının yetkinlik mərhələsinin göstəricisi hesab olunur. Məhz bu zəngin yaradıcılıq yolu ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırıb.

Bildirilib ki, şairənin sözlərinə Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və digər tanınmış bəstəkarlar tərəfindən mahnılar, romanslar və oratoriyalar bəstələnib. Mirvarid Dilbazi eyni zamanda Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko və digər klassiklərin əsərlərini, eləcə də Evripidin “İppolit” faciəsini Azərbaycan dilinə tərcümə edib. Onun əsərləri xarici dillərə də çevrilib.

Xalq şairi Mirvarid Dilbazinin şəxsi həyatında Xatirə Dilbazi adlı bir qız övladı olub. Görkəmli sənətkar 2001-ci il iyulun 12-də vəfat edib.

Aydan Ələkbərova

Xəbər Lenti

BDU komandası respublika üzrə proqramlaşdırma müsabiqəsində III yeri tutub03.03.2026 - 12:28
Türkoloji Araşdırmalar İnstitutunun müəllimi: Türk dünyasının birliyi elmi və siyasi əsaslara söykənir03.03.2026 - 12:19
WUF13 şəhərsalma ilə bağlı aktual məsələləri müzakirə etmək üçün qlobal platformadır - FOTO03.03.2026 - 12:09
Direktorlar üçün növbəti təlim-seminarlar keçirilib03.03.2026 - 11:51
Rəqəmsal bacarıqlar üzrə diaqnostik qiymətləndirilmə keçirilib 03.03.2026 - 11:40
BSU Polşa Respublikasının iki universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR03.03.2026 - 11:29
NDU-da “Nanomateriallar və nanotexnologiyalar energetikada” monoqrafiyasının təqdimatı keçirilib - FOTO03.03.2026 - 11:18
“Sabahın alimləri” müsabiqəsinin milli final mərhələsi başlayıb - FOTOLAR03.03.2026 - 11:07
“Sabahın alimləri” müsabiqəsində mina təhlükəsinə qarşı yeni layihə təqdim olundu03.03.2026 - 10:55
Nazir şagirdlərin layihələrini izlədi - FOTO03.03.2026 - 10:44
Sabah hava necə olacaq? 03.03.2026 - 10:37
Bəşarət Məmmədovun anası dünyasını dəyişdi 03.03.2026 - 10:31
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb03.03.2026 - 10:23
“Məktəbli avtobusları”nın genişləndirilməsi və tariflərin tənzimlənməsi təklif olunur03.03.2026 - 10:11
100-dən çox ölkə arasında Azərbaycan layihələri uğurla təmsil olunur03.03.2026 - 10:03
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal03.03.2026 - 09:55
Magistraturaya qəbulun ikinci cəhdin tarixi açıqlandı03.03.2026 - 09:51
Bu dərs vəsaitləri də dövlət hesabına verilə bilər03.03.2026 - 09:40
“Kompozisiyanın əsasları” adlı təlim proqramı elan edilib03.03.2026 - 09:30
İlin ilk Ay tutulması başlayıb03.03.2026 - 09:20
BDU-da “Danışır təcrübə” layihəsinin ilk görüşü - FOTO03.03.2026 - 09:09
“Sabahın alimləri” müsabiqəsi 760 layihə ilə davam edir03.03.2026 - 08:59
Firudin Qurbanov: "Bu gün məzun iş axtarmamalıdır" 03.03.2026 - 08:47
İranda 168 şagirdin dəfn mərasimi keçirilir03.03.2026 - 08:35
Vokal sənəti ixtisasına qəbul şərtləri yeniləndi03.03.2026 - 08:29
Həmkarlar İttifaqı üzvləri həftəsonu istirahətə qatılıblar03.03.2026 - 08:21
“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib03.03.2026 - 08:11
Bu qədər şagird buraxılış imtahanı üçün qeydiyyatdan keçib03.03.2026 - 08:00
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi - VİDEO03.03.2026 - 07:49
DİM bu şəxslərə müraciət etdi03.03.2026 - 07:38
Bu gün hava necə olacaq? 03.03.2026 - 07:30
Bu gün Od çərşənbəsidir03.03.2026 - 07:21
BSU-da “Dil-dialoq məkanı kimi: Azərbaycan - Polşa münasibətləri” mövzusunda konfrans keçirilib03.03.2026 - 07:10
1992-ci il: Qarabağ müharibəsində Mi-26 helikopteri vuruldu03.03.2026 - 07:00
2010-cu il: Şəmkirdə Su-25 təyyarə qəzası03.03.2026 - 06:36
Əliheydər Ələkbərov haqqında xəbər03.03.2026 - 06:18
Əşrəf bəy Tağıyev haqqında xəbər03.03.2026 - 06:00
İlham Zəkiyev haqqında xəbər03.03.2026 - 05:42
Novruz Əliyev haqqında xəbər03.03.2026 - 05:18
Fərman Kərimzadə haqqında xəbər03.03.2026 - 05:06
Fəzilə Səmədova haqqında xəbər03.03.2026 - 04:54
Həkimə Billuri haqqında xəbər03.03.2026 - 04:36
Manaf Süleymanov haqqında xəbər03.03.2026 - 04:18
Abbas Rzayev haqqında xəbər03.03.2026 - 04:00
Naxçıvanda 17 yeni STEAM otağı yaradılıb rn 02.03.2026 - 19:56
Dünyanın ən qədim mağara rəsmləri tapıldı: 67.000 il yaşı var02.03.2026 - 19:50
"Grok" səsinizi kopiyalayacaq: "iOS" üçün yeni funksiya üzə çıxdı02.03.2026 - 19:44
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 19:40