Etibarlı mənbələrdən əldə edilən məlumata görə, Azərbaycanın sabiq təhsil naziri Misir Mardanov yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin ediləcək.
"Tehsil365" xəbər verir ki, o, hazırda boş olan kafedralardan birinə rəhbərlik edəcək. Xüsusilə, söhbət Hesablama Riyaziyyat kafedrasından gedir ki, bu kafedranın rəhbərliyini hazırda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva icra edir.
Bildirilir ki, Misir Mardanov məhz bu kafedranın müdiri kimi fəaliyyətə başlayacaq.

