Hindistanda pələng 14 yaşlı qıza hücum edib.
“Tehsil365" xəbər verir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Uttar-Pradeş ştatındakı vəhşi təbiət qoruğunun yaxınlığında baş verib. Yırtıcı məktəbli qıza tarlada işləyərkən hücum edib.
"Qardaşım qızını pələng meşəyə tərəf sürüdü", - deyə vəhşi heyvanın qurbanı olan şagirdin əmisi deyib.
Yerli sakinlər bütün gecə qızı axtarıblar, məktəblinin cəsədinin qalıqları səhər meşədə tapılıb.
Meşə gözətçisi sakinləri meşədən uzaq durmağa çağırıb. Polis və meşə mühafizəçiləri ərazidə patrul xidmətini gücləndiriblər.

