Təhsil 365 - Logo Mobile

Robot yaradıcılığı: Niyə süni intellektin müəlliflik hüququ yoxdur?

7014.01.2026 - 06:21
Robot yaradıcılığı: Niyə süni intellektin müəlliflik hüququ yoxdur?

Süni intellekt tərəfindən, yəni insanın iştirakı olmadan yaradılmış əsərlərin hüquqi subyektliyi yoxdur. Müəlliflik hüququnun subyekti insan hesab olunur. Ona görə də süni intellekt tərəfindən yaradılmış əqli fəaliyyətin nəticəsi (ƏFN) müəlliflik hüququnun obyekti ola bilməz, çünki o, insan-müəllif tərəfindən yaradılmayıb. Süni intellekt tərəfindən yaradılmış ƏFN qorunan obyekt hesab edilmir.

“Tehsil365" xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi (ƏMA) məlumat yayıb.

Bildirilib ki, bu praktikanı bir çox ölkələrin, o cümlədən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin təcrübəsində də görmək olur. Məsələn, Rusiya Federasiyasında mövcud olan qanunvericiliyə əsasən, müəlliflik birbaşa fiziki şəxslə əlaqələndirilir və buna görə də insanın iştirakı olmadan süni intellekt tərəfindən yaradılan əsərlər müəlliflik hüququ ilə qorunmur.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) da müəllif mövcud olmadıqda müəlliflik hüquqi ilə qorunmadan imtina edilir. ABŞ Müəlliflik Hüququ Sistemində yalnız insan müəllif kimi çıxış edə bilər. İnsanın yaradıcılıq töhfəsi olmadan süni intellekt tərəfindən yaradılmış əsər qorunmur. Hüquqlar yaradıcılıq töhfəsi vermiş şəxsə məxsus olur.

Çində də süni intellekt müstəqil müəllif kimi tanınmır və onun hüquqları süni intellekt sisteminin sahibi olan fiziki və ya hüquqi şəxsə məxsus olur.

Əksər ölkələrin bu sahədəki təcrübəsi də onu deməyə əsas verir ki, süni intellekt müstəqil şəkildə müəllif və ya ixtiraçı statusuna malik ola bilməz. Maşın və ya alqoritm hüquqi şəxs statusuna malik deyil, öhdəlik daşıya və hüquqlar həyata keçirə bilmir, buna görə də süni intellekt əqli mülkiyyətin hüquqi sxeminə daxil edilmir. Orijinallıq, yaradıcılıq və ixtiraçılıq insana məxsusdur.

"Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nda ölkədə süni intellektin inkişaf istiqamətləri müəyyən edilir. Sənəddə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və süni intellekt haqqında Qanunun qəbul edilməsi və digər məsələləri əhatə edən addımların atılması planlaşdırılır. Strategiyanın prioritetləri sırasında beynəlxalq əməkdaşlıq və dünya təcrübəsinin nəzərə alınması da əks olunur. Ümumilikdə Azərbaycanın mövqeyi süni intellekti əqli mülkiyyətin qorunması ilə harmoniyada inkişaf etdirməkdir. Bir sözlə, süni intellekt vasitəsilə yaradılan obyektlər (əsərlər) müəlliflik hüququ ilə qorunmur.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycanda oxuyan xarici tələbələr hansı ölkələrdəndir? - STATİSTİKA14.01.2026 - 07:33
BSU Qubada “İnklüziv və adaptiv təhsil” mövzusunda növbəti təlim keçirib - FOTOLAR14.01.2026 - 07:20
Bu gün Xalq artisti Tofiq Kazımovun doğum günüdür14.01.2026 - 07:10
AMEA rəhbəri türkiyəli arxeoloqlarla görüşüb - FOTO14.01.2026 - 06:58
Aparıcı Vüsalə Əlizadənin anası xəstəxanaya yerləşdirilib14.01.2026 - 06:46
FHN orta məktəbdə təlim keçirib - FOTO14.01.2026 - 06:35
KİV: İran qlobal internetlə əlaqəni kəsməyə hazırlaşır14.01.2026 - 06:10
Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI14.01.2026 - 05:59
DİM-də GRE imtahanı keçiriləcək14.01.2026 - 05:47
Azərbaycanda bu məktəblər distant təhsilə keçir14.01.2026 - 05:34
Pələng 14 yaşlı qızı parçaladı14.01.2026 - 05:23
Bu gün hava necə olacaq? 14.01.2026 - 05:11
BDU-da Azərbaycan dili ilə bağlı konfrans keçiriləcək14.01.2026 - 04:59
Mina Rəşid. Məktəbə gedən kukla13.01.2026 - 18:27
Misir Mardanov Bakının Dövlet Universitetində yeni vəzifəyə təyin olunacaq13.01.2026 - 18:13
Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib13.01.2026 - 17:59
Azərbaycan və Türkiyə arxeoloqları əməkdaşlıq edəcək13.01.2026 - 17:43
Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13.01.2026 - 17:29
BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb13.01.2026 - 17:14
ARB "Səkkiz" serialındakı fraqmentə görə cəza aldı13.01.2026 - 16:59
Kino Agentliyində kadr dəyişikliyi olub13.01.2026 - 16:43
Cəlilabadda məktəb direktoru avtomobillə piyadanı vurub13.01.2026 - 16:31
ABŞ startapı Ayda hotel tikməyi planlaşdırır13.01.2026 - 16:17
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 16:01
Xəzər Universitetinin müəllimi beynəlxalq jurnalda məqalə dərc etdirib13.01.2026 - 15:49
Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu13.01.2026 - 15:37
Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Tofiq Mütəllibovun həyat və yaradıcılığı13.01.2026 - 15:24
SAF DİL – MİLLİ KİMLİYİN QALASI13.01.2026 - 15:10
Türkiyə və Azərbaycan arxeoloqlarının birgə əməkdaşlığı barədə memorandum imzalanıb - FOTO13.01.2026 - 15:00
Şəki-Zaqatala Regional Təhsil İdarəsində məktəb direktorları ilə görüş keçirilib - FOTO13.01.2026 - 14:48
Yutub tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək - VİDEO13.01.2026 - 14:32
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 14:23
Tələbələr Üçün Tövsiyə Olunan Kitablar – Araşdırma13.01.2026 - 14:11
Türk professorlar UNEC-in Zaqatala filialında tədris prosesinə cəlb olunublar - FOTO13.01.2026 - 13:56
Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatın sərgisi keçirilir - FOTO13.01.2026 - 13:45
Pedaqoji Universitetlə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO13.01.2026 - 13:34
Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var13.01.2026 - 13:21
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edildi13.01.2026 - 13:10
Universitet müəllimi vəfat edib13.01.2026 - 12:59
Məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə hökm oxunub13.01.2026 - 12:47
İş yerini dəyişmək istəyən müəllimlər üçün son MƏRHƏLƏ13.01.2026 - 12:36
Həftə sonu magistratura üzrə sınaq imtahanı keçiriləcək13.01.2026 - 12:25
Rektor tələbələrlə görüş keçirib13.01.2026 - 12:12
Masallı müəllimi beynəlxalq olimpiadada uğur qazandı13.01.2026 - 12:00
Trans müəllim Texasda yeni siyasətlər səbəbilə işindən ayrıldı: "Ləyaqətimi qorumaq üçün getdim"13.01.2026 - 11:42
Yeni kampaniya Kir Starmeri uşaqların hüquqlarını məhdudlaşdırmamağa çağırır13.01.2026 - 11:24
Ekranda çox vaxt keçirmək uşaqların lüğət ehtiyatını zəiflədir13.01.2026 - 11:06