Təhsil 365 - Logo Mobile

AMEA rəhbəri türkiyəli arxeoloqlarla görüşüb - FOTO

7014.01.2026 - 06:58
AMEA rəhbəri türkiyəli arxeoloqlarla görüşüb - FOTO

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun rəhbəri professor Şaban Doğan və nazirliyin mütəxəssisi, İqlim Fəaliyyəti Birliyinin üzvü, arxeoloq Burcu Bilirlə görüşüb.

Bu barədə “Tehsil365"ə AMEA-dan məlumat verilib. Görüşdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, bu gün ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elmi, ədəbi, mədəni əlaqələr olduqca yüksəkdir və bu gün AMEA Türkiyənin TÜBİTAK, TÜBA, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu kimi aparıcı akademik təşkilatları və bir çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Akademik İsa Həbibbəyli, o cümlədən bu gün AMEA-nın Rəyasət Heyətinin binasında, AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin, “Əziz Sancar şərəf otağı”nın, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy Mərkəzinin fəaliyyət göstərdiyini deyib.

Son dövrlərdə aparılan arxeoloji qazıntılar barədə məlumat verən akademik İsa Həbibbəyli ötən il AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən Qarabağda, Xocalı, Ağdam və Əsgəranda da qazıntı işlərinin aparıldığını, həmin işlərlə yerindəcə tanış olduğunu, gələcəkdə Laçın və Kəlbəcərdə də qazıntıların nəzərdə tutulduğunu söyləyib. AMEA rəhbəri, həmçinin arxeoloq alimlərin ötən il Türkiyədə arxeoloji qazıntılarda da iştirak etdiklərini diqqətə çatdırıb, institutda ingilisdilli jurnalın fəaliyyət göstərdiyini, gələcəkdə birgə aparılacaq tədqiqatların nəticələrinin bu nəşrdə çap edilə biləcəyini deyib. Qeyd edib ki, cari ildə aparılacaq tədqiqatlara fərqli sahələrin mütəxəssisləri də cəlb olunacaq və multidissiplinar yanaşmalar tətbiq ediləcək.

Akademik İsa Həbibbəyli Akademiyada aparılan yeniləşmə islahatları və süni intellektə dair tədqiqatlar barədə də danışıb, Arxeologiya və Antropologiya İnstitutunda rəqəmsal arxeologiya istiqamətində işlərin həyata keçirildiyini bildirib.

AMEA rəhbəri Türk Arxeologiyası və Mədəni Miras İnstitutu ilə Arxeologiya və Antropologiya İnstitutunun arasında imzalanmış əməkdaşlıq memorandumunun gələcək birgə arxeoloji tədqiqatlara, ekspedisiyalara, layihələrə təkan verəcəyini vurğulayıb.

Professor Şaban Doğan rəhbərlik etdiyi institutun fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, qurumun əsas məqsədi Türkiyədən kənarda, əsasən türkdilli ölkələrdə, həmçinin Balkanlarda, Yaxın Şərqdə türk və İslam arxeologiyasına dair tədqiqatlar aparmaq, bu araşdırmaları təşviq etmək, onların nəticələrini dərc etmək, gələcək arxeoloqları yetişdirmək, akademik qurumları ilə əməkdaşlıq etməkdir. Alim artıq Monqolustanda və Qırğızıstanda tədqiqatların aparıldığını, bu il Azərbaycan, Qazaxıstan və Özbəkistanda arxeoloji araşdırmaları genişləndirmək istədiklərini bildirib. Həmçinin Türk dünyasının gənc arxeoloqlarının yay məktəbi çərçivəsində Türkiyədə aparılan qazıntılarla tanışlığa dəvət olunmasının planlaşdırıldığını diqqətə çatdırıb, görülən işlərin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirildiyini vurğulayıb.

Sonra çıxış edən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun ölkələrimiz arasında birgə arxeoloji tədqiqatlara təkan verəcəyini söyləyib. Qeyd edib ki, ilk növbədə, Qarabağda və başqa bölgələrimizdə türk və İslam mədəniyyətinə dair tədqiqatların aparılması planlaşdırılır. Həmçinin bildirib ki, əməkdaşlıq çərçivəsində Qarabağda dağıdılmış arxeoloji abidələrimizin türkiyəli mütəxəssislər tərəfindən elmi cəhətdən ekspertizasının aparılması nəzərdə tutulub.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycanda oxuyan xarici tələbələr hansı ölkələrdəndir? - STATİSTİKA14.01.2026 - 07:33
BSU Qubada “İnklüziv və adaptiv təhsil” mövzusunda növbəti təlim keçirib - FOTOLAR14.01.2026 - 07:20
Bu gün Xalq artisti Tofiq Kazımovun doğum günüdür14.01.2026 - 07:10
Aparıcı Vüsalə Əlizadənin anası xəstəxanaya yerləşdirilib14.01.2026 - 06:46
FHN orta məktəbdə təlim keçirib - FOTO14.01.2026 - 06:35
Robot yaradıcılığı: Niyə süni intellektin müəlliflik hüququ yoxdur?14.01.2026 - 06:21
KİV: İran qlobal internetlə əlaqəni kəsməyə hazırlaşır14.01.2026 - 06:10
Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI14.01.2026 - 05:59
DİM-də GRE imtahanı keçiriləcək14.01.2026 - 05:47
Azərbaycanda bu məktəblər distant təhsilə keçir14.01.2026 - 05:34
Pələng 14 yaşlı qızı parçaladı14.01.2026 - 05:23
Bu gün hava necə olacaq? 14.01.2026 - 05:11
BDU-da Azərbaycan dili ilə bağlı konfrans keçiriləcək14.01.2026 - 04:59
Mina Rəşid. Məktəbə gedən kukla13.01.2026 - 18:27
Misir Mardanov Bakının Dövlet Universitetində yeni vəzifəyə təyin olunacaq13.01.2026 - 18:13
Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib13.01.2026 - 17:59
Azərbaycan və Türkiyə arxeoloqları əməkdaşlıq edəcək13.01.2026 - 17:43
Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13.01.2026 - 17:29
BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb13.01.2026 - 17:14
ARB "Səkkiz" serialındakı fraqmentə görə cəza aldı13.01.2026 - 16:59
Kino Agentliyində kadr dəyişikliyi olub13.01.2026 - 16:43
Cəlilabadda məktəb direktoru avtomobillə piyadanı vurub13.01.2026 - 16:31
ABŞ startapı Ayda hotel tikməyi planlaşdırır13.01.2026 - 16:17
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 16:01
Xəzər Universitetinin müəllimi beynəlxalq jurnalda məqalə dərc etdirib13.01.2026 - 15:49
Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu13.01.2026 - 15:37
Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Tofiq Mütəllibovun həyat və yaradıcılığı13.01.2026 - 15:24
SAF DİL – MİLLİ KİMLİYİN QALASI13.01.2026 - 15:10
Türkiyə və Azərbaycan arxeoloqlarının birgə əməkdaşlığı barədə memorandum imzalanıb - FOTO13.01.2026 - 15:00
Şəki-Zaqatala Regional Təhsil İdarəsində məktəb direktorları ilə görüş keçirilib - FOTO13.01.2026 - 14:48
Yutub tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək - VİDEO13.01.2026 - 14:32
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 14:23
Tələbələr Üçün Tövsiyə Olunan Kitablar – Araşdırma13.01.2026 - 14:11
Türk professorlar UNEC-in Zaqatala filialında tədris prosesinə cəlb olunublar - FOTO13.01.2026 - 13:56
Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatın sərgisi keçirilir - FOTO13.01.2026 - 13:45
Pedaqoji Universitetlə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO13.01.2026 - 13:34
Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var13.01.2026 - 13:21
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edildi13.01.2026 - 13:10
Universitet müəllimi vəfat edib13.01.2026 - 12:59
Məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə hökm oxunub13.01.2026 - 12:47
İş yerini dəyişmək istəyən müəllimlər üçün son MƏRHƏLƏ13.01.2026 - 12:36
Həftə sonu magistratura üzrə sınaq imtahanı keçiriləcək13.01.2026 - 12:25
Rektor tələbələrlə görüş keçirib13.01.2026 - 12:12
Masallı müəllimi beynəlxalq olimpiadada uğur qazandı13.01.2026 - 12:00
Trans müəllim Texasda yeni siyasətlər səbəbilə işindən ayrıldı: "Ləyaqətimi qorumaq üçün getdim"13.01.2026 - 11:42
Yeni kampaniya Kir Starmeri uşaqların hüquqlarını məhdudlaşdırmamağa çağırır13.01.2026 - 11:24
Ekranda çox vaxt keçirmək uşaqların lüğət ehtiyatını zəiflədir13.01.2026 - 11:06