Təhsil 365 - Logo Mobile

Bu gün Xalq artisti Tofiq Kazımovun doğum günüdür

8014.01.2026 - 07:10
Bu gün Xalq artisti Tofiq Kazımovun doğum günüdür

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Bu böyük sənətkarın adı hər zaman xalqımızın yaddaşında yaşayacaq.

“Tehsil365" xəbər verir ki, bu gün unudulmaz teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın görkəmli teatr rejissoru, Dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 ili ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

Orijinal yaradıcılıq dəst-xətinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirib. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olub və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni nailiyyətlər qazandırıb. Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazıb. Onun hazırladığı və ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə seçilərək teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanıb, respublikanın mədəni həyatında hadisəyə çevrilib. Sənət xəzinəmizin qızıl fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların formalaşmasında əhəmiyyətli rol oynayıb.

Milli rejissor sənətimizin korifeylərindən sayılan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci il avqustun 2-də avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycanda oxuyan xarici tələbələr hansı ölkələrdəndir? - STATİSTİKA14.01.2026 - 07:33
BSU Qubada “İnklüziv və adaptiv təhsil” mövzusunda növbəti təlim keçirib - FOTOLAR14.01.2026 - 07:20
AMEA rəhbəri türkiyəli arxeoloqlarla görüşüb - FOTO14.01.2026 - 06:58
Aparıcı Vüsalə Əlizadənin anası xəstəxanaya yerləşdirilib14.01.2026 - 06:46
FHN orta məktəbdə təlim keçirib - FOTO14.01.2026 - 06:35
Robot yaradıcılığı: Niyə süni intellektin müəlliflik hüququ yoxdur?14.01.2026 - 06:21
KİV: İran qlobal internetlə əlaqəni kəsməyə hazırlaşır14.01.2026 - 06:10
Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI14.01.2026 - 05:59
DİM-də GRE imtahanı keçiriləcək14.01.2026 - 05:47
Azərbaycanda bu məktəblər distant təhsilə keçir14.01.2026 - 05:34
Pələng 14 yaşlı qızı parçaladı14.01.2026 - 05:23
Bu gün hava necə olacaq? 14.01.2026 - 05:11
BDU-da Azərbaycan dili ilə bağlı konfrans keçiriləcək14.01.2026 - 04:59
Mina Rəşid. Məktəbə gedən kukla13.01.2026 - 18:27
Misir Mardanov Bakının Dövlet Universitetində yeni vəzifəyə təyin olunacaq13.01.2026 - 18:13
Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib13.01.2026 - 17:59
Azərbaycan və Türkiyə arxeoloqları əməkdaşlıq edəcək13.01.2026 - 17:43
Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13.01.2026 - 17:29
BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb13.01.2026 - 17:14
ARB "Səkkiz" serialındakı fraqmentə görə cəza aldı13.01.2026 - 16:59
Kino Agentliyində kadr dəyişikliyi olub13.01.2026 - 16:43
Cəlilabadda məktəb direktoru avtomobillə piyadanı vurub13.01.2026 - 16:31
ABŞ startapı Ayda hotel tikməyi planlaşdırır13.01.2026 - 16:17
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 16:01
Xəzər Universitetinin müəllimi beynəlxalq jurnalda məqalə dərc etdirib13.01.2026 - 15:49
Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu13.01.2026 - 15:37
Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Tofiq Mütəllibovun həyat və yaradıcılığı13.01.2026 - 15:24
SAF DİL – MİLLİ KİMLİYİN QALASI13.01.2026 - 15:10
Türkiyə və Azərbaycan arxeoloqlarının birgə əməkdaşlığı barədə memorandum imzalanıb - FOTO13.01.2026 - 15:00
Şəki-Zaqatala Regional Təhsil İdarəsində məktəb direktorları ilə görüş keçirilib - FOTO13.01.2026 - 14:48
Yutub tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək - VİDEO13.01.2026 - 14:32
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 14:23
Tələbələr Üçün Tövsiyə Olunan Kitablar – Araşdırma13.01.2026 - 14:11
Türk professorlar UNEC-in Zaqatala filialında tədris prosesinə cəlb olunublar - FOTO13.01.2026 - 13:56
Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatın sərgisi keçirilir - FOTO13.01.2026 - 13:45
Pedaqoji Universitetlə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO13.01.2026 - 13:34
Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var13.01.2026 - 13:21
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edildi13.01.2026 - 13:10
Universitet müəllimi vəfat edib13.01.2026 - 12:59
Məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə hökm oxunub13.01.2026 - 12:47
İş yerini dəyişmək istəyən müəllimlər üçün son MƏRHƏLƏ13.01.2026 - 12:36
Həftə sonu magistratura üzrə sınaq imtahanı keçiriləcək13.01.2026 - 12:25
Rektor tələbələrlə görüş keçirib13.01.2026 - 12:12
Masallı müəllimi beynəlxalq olimpiadada uğur qazandı13.01.2026 - 12:00
Trans müəllim Texasda yeni siyasətlər səbəbilə işindən ayrıldı: "Ləyaqətimi qorumaq üçün getdim"13.01.2026 - 11:42
Yeni kampaniya Kir Starmeri uşaqların hüquqlarını məhdudlaşdırmamağa çağırır13.01.2026 - 11:24
Ekranda çox vaxt keçirmək uşaqların lüğət ehtiyatını zəiflədir13.01.2026 - 11:06