Təhsil 365 - Logo Mobile

Koreya universitetləri ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub

6714.01.2026 - 07:47
Koreya universitetləri ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Səfir AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova və universitetin nümayəndələri ilə görüşüb.

Tehsil365” xəbər verir ki, görüşdə professor Gülçöhrə Məmmədova ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin universitetlərarası əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb, AzMİU üçün beynəlxalq əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu bildirib. Rektor Koreya universitetləri ilə mövcud əlaqələrin genişləndirilməsinin və yeni əməkdaşlıqların qurulmasının vacibliyini qeyd edib.

Çıxışında AzMİU-nun 50 illik fəaliyyətinə və Azərbaycanda memarlıq və inşaat təhsilinin 105 illik ənənəsinə toxunan rektor universitetin müasir maddi-texniki bazası, yenilənmiş laboratoriyaları, rəqəmsal texnologiyaların tətbiqi, güclü kadr və elmi potensialı haqqında məlumat verib. Bildirib ki, AzMİU memarlıq, şəhərsalma, inşaat, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri üzrə ölkənin aparıcı kadr hazırlığı mərkəzidir və eyni zamanda informasiya texnologiyaları və digər sahələr üzrə elmi tədqiqatlar aparan mühüm elmi mərkəzdir. Rektor universitetin beynəlxalq reytinqlərdə mövqelərini ardıcıl şəkildə möhkəmləndirdiyini də diqqətə çatdırıb.

Səfir Kanq Kımqu səmimi qəbula görə təşəkkür edərək Koreya universitetləri ilə AzMİU arasında əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduqlarını bildirib. O, əməkdaşlığın mərhələli şəkildə qurulmasını nəzərdə tutan ilkin yol xəritəsi təklif edib. İlkin mərhələdə tələbə və professor-müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi seminar və konfransların təşkili, növbəti mərhələdə isə ikili diplom proqramlarının icrası məqsədəuyğun hesab edilib.

Görüşdə AzMİU nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə əlaqələrin qurulması istiqamətində atılan addımlar barədə məlumat verərək, bu prosesdə Koreya səfirliyinin dəstəyinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, AzMİU Koreya ali təhsil müəssisələrinin memarlıq, şəhərsalma, inşaat və informasiya texnologiyaları sahələrində qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır. Görüşdən sonra səfir AzMİU-nun Memarlıq və Dizayn fakültələrində olub, fakültələrin maddi-texniki bazası və tədris prosesi ilə tanış olub.

Rəşanə İsamqızı

Xəbər Lenti

Son illərdə magistr təhsili üçün ən çox seçilən özəl UNİVERSİTETLƏR14.01.2026 - 12:32
“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır14.01.2026 - 12:11
Bakıdakı kolleclərdən birinə yeni direktor müavini təyin olundu14.01.2026 - 10:02
“İmtahan həyəcanı” mövzusunda təlim keçirilib14.01.2026 - 09:47
Magistratura: son 1 saatda qeydiyyatdan keçən bakalavrların SAYI14.01.2026 - 09:32
Bakı məktəblərində böyük summativ qiymətləndirmələr keçirilir14.01.2026 - 09:12
Sabah hava yağıntılı olacaq14.01.2026 - 08:58
Türkiyədə doktorantura və tədqiqat sahəsi üzrə təhsil imkanı14.01.2026 - 08:39
DİM-də TOEFL iBT imtahanı keçirilib14.01.2026 - 08:20
Yeni direktor müavini kollektivə təqdim olunub14.01.2026 - 08:02
Azərbaycanda oxuyan xarici tələbələr hansı ölkələrdəndir? - STATİSTİKA14.01.2026 - 07:33
BSU Qubada “İnklüziv və adaptiv təhsil” mövzusunda növbəti təlim keçirib - FOTOLAR14.01.2026 - 07:20
Bu gün Xalq artisti Tofiq Kazımovun doğum günüdür14.01.2026 - 07:10
AMEA rəhbəri türkiyəli arxeoloqlarla görüşüb - FOTO14.01.2026 - 06:58
Aparıcı Vüsalə Əlizadənin anası xəstəxanaya yerləşdirilib14.01.2026 - 06:46
FHN orta məktəbdə təlim keçirib - FOTO14.01.2026 - 06:35
Robot yaradıcılığı: Niyə süni intellektin müəlliflik hüququ yoxdur?14.01.2026 - 06:21
KİV: İran qlobal internetlə əlaqəni kəsməyə hazırlaşır14.01.2026 - 06:10
Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI14.01.2026 - 05:59
DİM-də GRE imtahanı keçiriləcək14.01.2026 - 05:47
Azərbaycanda bu məktəblər distant təhsilə keçir14.01.2026 - 05:34
Pələng 14 yaşlı qızı parçaladı14.01.2026 - 05:23
Bu gün hava necə olacaq? 14.01.2026 - 05:11
BDU-da Azərbaycan dili ilə bağlı konfrans keçiriləcək14.01.2026 - 04:59
Mina Rəşid. Məktəbə gedən kukla13.01.2026 - 18:27
Misir Mardanov Bakının Dövlet Universitetində yeni vəzifəyə təyin olunacaq13.01.2026 - 18:13
Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib13.01.2026 - 17:59
Azərbaycan və Türkiyə arxeoloqları əməkdaşlıq edəcək13.01.2026 - 17:43
Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13.01.2026 - 17:29
BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb13.01.2026 - 17:14
ARB "Səkkiz" serialındakı fraqmentə görə cəza aldı13.01.2026 - 16:59
Kino Agentliyində kadr dəyişikliyi olub13.01.2026 - 16:43
Cəlilabadda məktəb direktoru avtomobillə piyadanı vurub13.01.2026 - 16:31
ABŞ startapı Ayda hotel tikməyi planlaşdırır13.01.2026 - 16:17
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 16:01
Xəzər Universitetinin müəllimi beynəlxalq jurnalda məqalə dərc etdirib13.01.2026 - 15:49
Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu13.01.2026 - 15:37
Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Tofiq Mütəllibovun həyat və yaradıcılığı13.01.2026 - 15:24
SAF DİL – MİLLİ KİMLİYİN QALASI13.01.2026 - 15:10
Türkiyə və Azərbaycan arxeoloqlarının birgə əməkdaşlığı barədə memorandum imzalanıb - FOTO13.01.2026 - 15:00
Şəki-Zaqatala Regional Təhsil İdarəsində məktəb direktorları ilə görüş keçirilib - FOTO13.01.2026 - 14:48
Yutub tarixində ən uzunmüddətli video - 140 ildən çox davam edəcək - VİDEO13.01.2026 - 14:32
Elmi dərəcəsini uğurla müdafiə edən doktorant və dissertantlarının SİYAHISI13.01.2026 - 14:23
Tələbələr Üçün Tövsiyə Olunan Kitablar – Araşdırma13.01.2026 - 14:11
Türk professorlar UNEC-in Zaqatala filialında tədris prosesinə cəlb olunublar - FOTO13.01.2026 - 13:56
Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatın sərgisi keçirilir - FOTO13.01.2026 - 13:45
Pedaqoji Universitetlə “Hədəf” Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO13.01.2026 - 13:34