2025/2026-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu bu gün başlayıb.
“Tehsil365” xəbər verir ki, bu gün saata yəni 12:39-a qədər 244 bakalavrın sənədi təsdiq edilib, onlardan 219-u Azərbaycan, 25-i isə rus bölməsindəndir. Belə ki, ingilis dili üzrə 188 (Azərbaycan bölməsi) 23 (Rus bölməsi), Fransız dili 3 (Azərbaycan bölməsi) 0 (Rus bölməsi), Alman dili 0 (Azərbaycan bölməsi) 2 (Rus bölməsi) və Rus dili üzrə 28 (Azərbaycan bölməsi) 0 (Rus bölməsi) nəfər qeydiyyat keçib.
Qeyd edək ki, bakalavr 2026-cı il yanvarın 14-dən 26-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

