Təhsil 365 - Logo Mobile

Koreya universitetləri ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub - FOTO

8014.01.2026 - 14:34
Koreya universitetləri ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub - FOTO

Koreyanın Azərbaycandakı səfiri Kımqu Kanq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

Bu barədə “Tehsil365"ə AzMİU-dan məlumat verilib. Bildirilib ki, səfir AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və universitetin nümayəndələri ilə görüşüb.

Görüşdə Gülçöhrə Məmmədova ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin universitetlərarası əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb, AzMİU üçün beynəlxalq əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu bildirib. Rektor Koreya universitetləri ilə mövcud əlaqələrin genişləndirilməsinin və yeni əməkdaşlıqların qurulmasının vacibliyini qeyd edib.

Çıxışında AzMİU-nun 50 illik fəaliyyətinə, Azərbaycanda memarlıq və inşaat təhsilinin 105 illik ənənəsinə toxunan rektor universitetin müasir maddi-texniki bazası, yenilənmiş laboratoriyaları, rəqəmsal texnologiyaların tətbiqi, güclü kadr və elmi potensialı haqqında məlumat verib. Bildirib ki, AzMİU memarlıq, şəhərsalma, inşaat, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri üzrə ölkənin aparıcı kadr hazırlığı mərkəzidir, eyni zamanda, informasiya texnologiyaları və digər sahələr üzrə elmi tədqiqatlar aparan mühüm elmi mərkəzdir. Rektor universitetin beynəlxalq reytinqlərdə mövqelərini ardıcıl şəkildə möhkəmləndirdiyini də diqqətə çatdırıb.

Səfir Kımqu Kanq Koreya universitetləri ilə AzMİU arasında əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduqlarını bildirib. O, əməkdaşlığın mərhələli şəkildə qurulmasını nəzərdə tutan ilkin yol xəritəsi təklif edib. İlkin mərhələdə tələbə və professor-müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi seminar və konfransların təşkili, növbəti mərhələdə isə ikili diplom proqramlarının icrası məqsədəuyğun hesab edilib.

Görüşdə AzMİU nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə əlaqələrin qurulması istiqamətində atılan addımlar barədə məlumat verərək, bu prosesdə Koreya səfirliyinin dəstəyinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, AzMİU Koreya ali təhsil müəssisələrinin memarlıq, şəhərsalma, inşaat və informasiya texnologiyaları sahələrində qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır.

Sonra səfir Memarlıq və Dizayn fakültələrinin maddi-texniki bazası və tədris prosesi ilə tanış olub.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycan dilinin lüğət ehtiyatı zənginləşdiriləcək14.01.2026 - 16:48
Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn tədris ediləcək14.01.2026 - 16:36
Elmi məqalə müsabiqəsinin qalibləri açıqlanıb - FOTO14.01.2026 - 16:23
Əminağa Sadıqovun professor dərəcəsindən məhrum edilməsinin SƏBƏBİ14.01.2026 - 15:59
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib - Sərəncam14.01.2026 - 15:47
Son 20 ildə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb - FOTO14.01.2026 - 15:35
“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında Azərbaycan dili ilə bağlı çağırışlar da yer alıb14.01.2026 - 15:23
Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib14.01.2026 - 15:11
DİM: 22 dövlət orqanında mövcud olan 54 vakant vəzifə daxili müsahibəyə çıxarılıb14.01.2026 - 14:58
BMU ilə UAEU arasında əməkdaşlıq imkanları müzakirə olunub - FOTO14.01.2026 - 14:46
“Azərbaycanda əmək bazarı və kadr hazırlığının sosial-iqtisadi aspektləri” monoqrafiyası çap olunub14.01.2026 - 14:21
Azərbaycan alimi ABŞ-da nəşr olunan elmi jurnala rəyçi seçilib14.01.2026 - 14:10
I Ümumittifaq Türkoloji Qurultay və Tıva türkləri14.01.2026 - 13:57
Türkiyədə doktorantura və tədqiqat sahəsi üzrə sənəd qəbulu aparılır14.01.2026 - 13:45
BDU tələbələri elmi tədqiqatlarda fəal iştirak edirlər - FOTO14.01.2026 - 13:32
Laçın və Kəlbəcərdə arxeoloji qazıntıların aparılması nəzərdə tutulur14.01.2026 - 13:22
Qarabağ abidələrinin elmi ekspertizası aparılacaq14.01.2026 - 13:11
Akademik Yusif Məmmədəliyev haqqında biblioqrafik göstərici çapdan çıxıb14.01.2026 - 12:55
Azərbaycan və Əlcəzair arasındakı elmi əlaqələr genişlənir14.01.2026 - 12:43
Son illərdə magistr təhsili üçün ən çox seçilən özəl UNİVERSİTETLƏR14.01.2026 - 12:32
“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır14.01.2026 - 12:11
Bakıdakı kolleclərdən birinə yeni direktor müavini təyin olundu14.01.2026 - 10:02
“İmtahan həyəcanı” mövzusunda təlim keçirilib14.01.2026 - 09:47
Magistratura: son 1 saatda qeydiyyatdan keçən bakalavrların SAYI14.01.2026 - 09:32
Bakı məktəblərində böyük summativ qiymətləndirmələr keçirilir14.01.2026 - 09:12
Sabah hava yağıntılı olacaq14.01.2026 - 08:58
Türkiyədə doktorantura və tədqiqat sahəsi üzrə təhsil imkanı14.01.2026 - 08:39
DİM-də TOEFL iBT imtahanı keçirilib14.01.2026 - 08:20
Yeni direktor müavini kollektivə təqdim olunub14.01.2026 - 08:02
Koreya universitetləri ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub14.01.2026 - 07:47
Azərbaycanda oxuyan xarici tələbələr hansı ölkələrdəndir? - STATİSTİKA14.01.2026 - 07:33
BSU Qubada “İnklüziv və adaptiv təhsil” mövzusunda növbəti təlim keçirib - FOTOLAR14.01.2026 - 07:20
Bu gün Xalq artisti Tofiq Kazımovun doğum günüdür14.01.2026 - 07:10
AMEA rəhbəri türkiyəli arxeoloqlarla görüşüb - FOTO14.01.2026 - 06:58
Aparıcı Vüsalə Əlizadənin anası xəstəxanaya yerləşdirilib14.01.2026 - 06:46
FHN orta məktəbdə təlim keçirib - FOTO14.01.2026 - 06:35
Robot yaradıcılığı: Niyə süni intellektin müəlliflik hüququ yoxdur?14.01.2026 - 06:21
KİV: İran qlobal internetlə əlaqəni kəsməyə hazırlaşır14.01.2026 - 06:10
Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI14.01.2026 - 05:59
DİM-də GRE imtahanı keçiriləcək14.01.2026 - 05:47
Azərbaycanda bu məktəblər distant təhsilə keçir14.01.2026 - 05:34
Pələng 14 yaşlı qızı parçaladı14.01.2026 - 05:23
Bu gün hava necə olacaq? 14.01.2026 - 05:11
BDU-da Azərbaycan dili ilə bağlı konfrans keçiriləcək14.01.2026 - 04:59
Mina Rəşid. Məktəbə gedən kukla13.01.2026 - 18:27
Misir Mardanov Bakının Dövlet Universitetində yeni vəzifəyə təyin olunacaq13.01.2026 - 18:13
Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib13.01.2026 - 17:59