Təhsil 365 - Logo Mobile

Rəssamlar İttifaqında "Kukla dünyasının sirləri" adlı sərgi açılıb

6915.01.2026 - 06:31
Rəssamlar İttifaqında "Kukla dünyasının sirləri" adlı sərgi açılıb

Yanvarın 14-də Azərbaycan Rəssamlar İttifaqında "Kukla dünyasının sirləri" adlı sərgi açılıb.

Tehsil365” xəbər verir ki, sərgidə Azərbaycan folkloru, ədəbi əsərlər və xalq tərəfindən sevilən nağıl qəhrəmanları əsasında hazırlanmış kuklalar nümayiş etdirilib. Ekspozisiyada müxtəlif üslub və texnikalarda işlənmiş əsərlər yer alıb.

Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Xalq rəssamı, professor Salxab Məmmədov, Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri Xalq rəssamı Aydın Rəcəbov və digər çıxış edənlər sərginin əhəmiyyətindən danışıblar. Çıxış edənlər bildiriblər ki, sərgidə nümayiş olunan əsərlər mövzu seçimi, ideya zənginliyi və işlənmə tərzinə görə yüksək peşəkarlıq nümunəsidir. Bu işlər təkcə estetik baxımdan deyil, həm də mənəvi-mədəni dəyəri ilə seçilir. Sərginin dünyanın müxtəlif ölkələrində nümayiş etdirilməsi Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətinin beynəlxalq arenada daha geniş tanıdılmasına töhfə verə bilər.

Vurğulanıb ki, bu cür sərgilər gənc rəssamların yaradıcılıq potensialının üzə çıxarılmasına, təcrübə mübadiləsinin aparılmasına və sənət mühitində yeni baxışların formalaşmasına böyük imkanlar yaradır. İştirakçılar sərginin gələcəkdə daha geniş miqyasda təşkil olunacağına və beynəlxalq layihələr çərçivəsində təqdim ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Sonra qonaqlar sərgidə rəssam Nana Nərimanbəylinin və kuklaçı-rəssamlar Pərviz Hüseynov, İrina Qundorina, Nübar Şahbazova, Anara Salmanova və Tamilla Qurbanovanın əsərləri ilə tanış olublar.

Kuklalar hazırlanarkən rəssamlar özlərinə məxsus texnoloji üsul və sirlərdən istifadə edirlər. İlk mərhələdə konstruksiya qurulur, daha sonra geyim və saç düzümü formalaşdırılır. Rəssamlar kuklaların üzünü özləri boyayır, qaş, göz və kirpikləri ustalıqla işləyirlər. Bu texnoloji vasitələr mimikanın, üz cizgilərinin, eləcə də hər bir personajın xarakterinin daha dolğun və canlı şəkildə ifadə olunmasına imkan yaradır.

Rəşanə İsamqızı

Xəbər Lenti

NDU-da payız semestrinin imtahan sessiyası ilə bağlı görüş keçirilib - FOTO16.01.2026 - 16:50
Azərbaycan sosial mediada “Instagramı” seçdi - Statistika16.01.2026 - 16:40
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi16.01.2026 - 16:30
“Bakcell” və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir - FOTOLAR16.01.2026 - 16:20
Ədəbiyyat İnstitutunda 2026-ci ilin ilk Elmi şurası keçirilib16.01.2026 - 16:10
"Tehsil365" İnformasiya Agentliyi 4-cü Könüllülük Proqramına start verir16.01.2026 - 16:02
Suriyadan Azərbaycan vətəndaşı olan ana və 4 övladı ölkəyə gətirilib16.01.2026 - 15:56
ADNSU-da ENACTUS Komandasına qeydiyyat başlayıb16.01.2026 - 15:43
AzTU-nun əməkdaşı vəfat etdi - FOTO16.01.2026 - 15:34
Bu kollecə direktor təyin olunub - FOTO16.01.2026 - 15:25
Bruney-Darüssalamda təqaüdlə təhsil 16.01.2026 - 15:18
Tovuzda bağça müdirinə xəsarət yetirilib16.01.2026 - 15:02
AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 illik yubileyi qeyd olunub - FOTO16.01.2026 - 14:50
Milli Dram Teatrı İstanbul Şəhər Teatrları və Qazaxıstan Milli Teatrı ilə memorandum imzalayıb - FOTO16.01.2026 - 14:40
Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgünün xatirəsi anılıb16.01.2026 - 14:30
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq16.01.2026 - 14:20
Coğrafiyaçı alimin kitabları Türkiyənin Prezident Kitabxanasına hədiyyə edilib16.01.2026 - 14:10
BMU-nun kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO16.01.2026 - 13:59
Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçiriləcək16.01.2026 - 13:47
AMEA Gənclər Akademiyasının idarə heyəti, strukturu və yeni tərkibi müəyyənləşdirilib16.01.2026 - 13:35
Yanvarın ilk 15 günündə Elm və Təhsil Nazirliyinə 18 mindən çox müraciət daxil olub16.01.2026 - 13:23
Türkiyə-Azərbaycan Universiteti xarici ölkələrdən tələbə qəbul etməyi planlaşdırır16.01.2026 - 13:11
Kamran Yunis: “Bədii qiraətdə əxlaq itəndə sənət də ölür”16.01.2026 - 12:58
Prezidentin AMEA-nın yubileyindəki çağırışı: Neft və Qaz İnstitutu üçün yeni mərhələ16.01.2026 - 12:45
Türk Mədəniyyəti və İrsi Fondu ilə MATM arasında anlaşma memorandumunun imzalanması barədə razılıq əldə edilib16.01.2026 - 12:33
BDU ötən il beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib16.01.2026 - 12:21
AMEA və Kərkük Kültür Dərnəyinin birgə layihəsi: yeni sayt fəaliyyətə başlayıb16.01.2026 - 12:10
Paytaxt məktəblərində “Şəhərsalma və Memarlıq İli"nə həsr olunan müsabiqələrə başlanılıb16.01.2026 - 11:54
Türk alim: Azərbaycan ərazisində aşkarlanan abidələr dünya əhəmiyyətli nadir incilərdəndir16.01.2026 - 11:43
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək16.01.2026 - 11:32
Kyungpook Milli Universitetində qonaq alim kimi tədris imkanı16.01.2026 - 11:20
DİM-də GRE General Test imtahanı keçirilib16.01.2026 - 11:09
"Şəhərsalma və Memarlıq İli"nin ilk müsabiqələrinə start verilib16.01.2026 - 10:52
Dövlət qulluğunun müsahibə mərhələsi elan edilir16.01.2026 - 10:41
6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək16.01.2026 - 10:28
"Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib16.01.2026 - 10:17
Taksi sürücüləri üçün imtahan keçiriləcək16.01.2026 - 10:06
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı MEK-də iclas keçirilib, vəzifələr müəyyənləşdirilib - FOTO16.01.2026 - 09:53
Güney Azərbaycan folkloru seriyasının XVIII kitabı: “Koroğlu” dastanının qolları nəşr edilib16.01.2026 - 09:40
Şərqşünaslıq İnstitutunun əməkdaşının qaqauz dilinə dair məqaləsi Türkiyədə dərc olunub - FOTO16.01.2026 - 09:30
Polis Akademiyasına işə qəbul aparılır16.01.2026 - 09:20
Bu gün hava necə olacaq? 16.01.2026 - 09:10
Ali məhkəmə idmançıların Məktəb və kollec idmanında iştirakını qadağan edən qanunları dəyərləndirir16.01.2026 - 09:00
2024-25-ci ildə evdə təhsil alan uşaqların sayı 15% artıb16.01.2026 - 08:42
İngiltərə və Uelsdə təhsil xərcləri artır – Məzunlar gələcək qazancını necə qiymətləndirməlidir?16.01.2026 - 08:36
Uşaq baxıcıları vergi dəyişiklikləri səbəbindən müəssisələrin bağlanacağı barədə xəbərdarlıq edirlər16.01.2026 - 08:18
İngiltərədə 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı üzrə rəsmi məsləhətlər hazırlanır16.01.2026 - 08:00
Üç ana sistemi günahlandırdı16.01.2026 - 07:42