Təhsil 365 - Logo Mobile

“Şəhidin səsi” proqramının növbəti buraxılışı 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunacaq

8815.01.2026 - 09:47
“Şəhidin səsi” proqramının növbəti buraxılışı 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunacaq

“Tehsil365” İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr ediləcək.

“Tehsil365" xəbər verir ki, Veriliş 20 yanvar saat 18:00-da yayımlanacaq. Buraxılışın aparıcısı “Tehsil365” İnformasiya Agentliyinin icraçı direktoru Rəşanə Quliyevadır.

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür. Azərbaycan xalqının azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin rəmzinə çevrilmiş bu faciə milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində həlledici dönüş nöqtəsi olub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı misli görünməmiş qırğın törədilib. Rəsmi məlumatlara əsasən, faciə zamanı 131 nəfər mülki şəxs həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib, yüzlərlə yaşayış binası və avtomobil yararsız hala salınıb.

Hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu addımını insanlığa və demokratiyaya zidd cinayət kimi qiymətləndirib və günahkarların cəzalandırılmasını tələb edib. Məhz onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verilib, 1994-cü ildə Milli Məclisin qərarı ilə faciə dövlət səviyyəsində rəsmən tanınıb.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Şəhid ailələri və müharibə əlilləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur.

Hər il yanvarın 20-də Azərbaycan xalqı şəhidlərin xatirəsini dərin ehtiramla yad edir. Bu il isə 20 Yanvar şəhidləri bütöv Azərbaycanın, Qalib ölkənin vətəndaşları kimi anılacaq. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər şəhidlərimizin qisasının alındığını bir daha sübut edib.

Allah bütün şəhidlərə rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

“Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” kitabı beynəlxalq sərgidə təqdim olunub24.10.2026 - 11:46
Qubada Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib24.10.2026 - 11:01
Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert – “Yadıma sən düşürsən”24.10.2026 - 10:58
Uşaq Filarmoniyasında Moskva Dövlət Konservatoriyasının professorunun ustad dərsi təşkil olunacaq24.10.2026 - 10:55
Yüz yaşlı “Şərqşünaslıq” jurnalı XII Bakı Beynəlxalq Kitab Sərgisində24.10.2026 - 10:53
Qalina Vişnevskayanın 100 illiyinə həsr olunan “İki Səs, Bir Ömür” adlı konsert24.10.2026 - 10:51
XII Bakı Beynəlxalq Kitab Sərgisində əlyazma irsinin gələcəyi müzakirə edilib24.10.2026 - 10:49
Bakı Beynəlxalq Kitab Sərgisində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş olub24.10.2026 - 10:46
Bakı Bulvarında Zeytun Festivalı davam edir24.10.2026 - 10:44
Milli Kitabxanada Xalq rəssamı Fərhad Xəlilovun 80 illiyinə həsr olunan sərgi açılıb24.10.2026 - 10:42
Bu günün hava proqnozu24.10.2026 - 10:38
Beşaylıq körpə ölüb24.10.2026 - 10:36
Qəbələdə qəzada iki yeniyetmə xəsarət aldı24.10.2026 - 10:34
Ayı məktəbə su borusu ilə girməyə çalışıb24.10.2026 - 10:32
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır24.10.2026 - 10:30
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 10:29
Türkiyədə universitetlərlə bağlı dəyişiklik: Qəbul balı əsas götürüləcək24.10.2026 - 10:27
Şahdağ və Kəlbəcərə qar yağıb24.10.2026 - 10:25
Qiyabi təhsil dövrünü başa vurur - Yeni model təklif24.10.2026 - 10:24
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 10:22
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib24.10.2026 - 10:20
Sabah Bakıya leysan yağacaq24.10.2026 - 10:19
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?24.10.2026 - 10:17
Sabah PMS imtahanının II mərhələsi keçiriləcək24.10.2026 - 10:15
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 10:13
Moskva Dövlət Konservatoriyasının professorunun ustad dərsi təşkil olunacaq24.10.2026 - 09:15
Bill Qeyts Süni intelekt haqqında fikir bildirib24.10.2026 - 08:54
Əlyazma irsinin gələcəyi müzakirə edilib24.10.2026 - 08:50
“JEC Tower” göydələni inşa edilir24.10.2026 - 08:47
70 min polisi səfərbər etdi24.10.2026 - 08:35
Sabahın hava proqnozu bəlli olub24.10.2026 - 08:32
“Birgə Yaddaş – Ortaq Gələcək” sərgisi açılıb24.10.2026 - 08:17
Bakıda FIFA U-15 dünya çempionatı start götürür24.10.2026 - 08:08
Azərbaycanın ABŞ-dəki səfirliyində tələbələr ilə görüş olub24.10.2026 - 08:02
Tarixi-mədəni irsi əks etdirən kitablar təqdim olunub24.10.2026 - 08:01
BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir24.10.2026 - 08:00
NDU tələbələri təcrübədə iştirak etdilər 23.10.2026 - 19:39
NDU Çinlə əməkdaşlıq qurdu23.10.2026 - 19:35
Kitabxana sərgisi davam edir23.10.2026 - 19:30
ADNSU tələbələri qalib oldular23.10.2026 - 19:15
ADNSU-da görüş keçirildi23.10.2026 - 19:09
ADNSU-da təlim keçirildi23.10.2026 - 19:03
ADNSU-da festival keçirildi23.10.2026 - 19:00
ADNSU Daşkənd Kimyo Universiteti ilə görüşü baş tutdu23.10.2026 - 18:53
ADNSU Özbəkistanda görüş keçirdi23.10.2026 - 18:47
ADU-da tədbir keçirildi23.10.2026 - 18:41
ADU Elmi Şurası iclas keçirdi23.10.2026 - 18:37
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub23.10.2026 - 18:32