Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu təşkil olunub. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.
Bu barədə “Tehsil365”ə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak edən vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, iş yerinin dəyişdirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciətlər ediblər.
İdarə müdiri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qüvvədə olan qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, vətəndaş qəbulunun keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya verilməsi, eləcə də təhsil müəssisələrində sağlam və şəffaf mühitin formalaşdırılmasıdır.

