Təhsil 365 - Logo Mobile

Yazıçılar Birliyindən 15 manatla bağlı narazılığa REAKSİYA

6715.01.2026 - 12:44
Yazıçılar Birliyindən 15 manatla bağlı narazılığa REAKSİYA

"Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqı - illik 15 manat məbləğində ödəniş ilə bağlı narazı fikirlərin səsləndirildiyi müşahidə olunur. Birliyin guya bu ödənişi "tələb etməsi" barədə iddialar irəli sürülür. Bu məsələ ilə bağlı rəsmi mövqeyimizi bildirməyi zəruri hesab edirik".

Tehsil365” xəbər verir ki, bu barədə AYB məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvləri dövlət və ictimai dəstək mexanizmlərindən mütəmadi şəkildə faydalanırlar:

"Hazırda 70 yazıçı Prezident təqaüdü ilə təmin olunur (illik 3600 manat), gənc nəsil nümayəndələri üçün isə illik 2400 manat məbləğində Prezident təqaüdləri nəzərdə tutulub. Birlik tərəfindən müntəzəm olaraq ədəbi müsabiqələr keçirilir, mükafatlar, qrantlar və əlavə təşviq mexanizmləri təsis olunur. Bir çox üzvlərimiz fəxri adlara layiq görülüb və bu adlara görə dövlət tərəfindən ömürlük maddi təminat müəyyən edilib.

Yazıçıların əsərləri və məqalələri Birliyin nəşrlərində dərc olunur və qonorar əsasında ödənilir. İmkan daxilində sosial dəstək göstərilir - müalicə, dərman təminatı, tibbi müəssisələrə müraciətlərdə köməklik, eləcə də ayrı-ayrı hallarda mənzil məsələlərinin həllinə yardım edilir. Birliyin üzvləri Şabran və Şüvəlan yaradıcılıq evlərində ödənişsiz istirahət etmək hüququna malikdirlər".

"Xüsusi olaraq vurğulayırıq ki, illik 15 manat məbləğində üzvlük haqqı Birliyin nəşr etdiyi jurnallardan birinin belə xərclərini qarşılamaq imkanına malik deyil.

Məsələ sadə və açıqdır: Üzvlük haqqını ödəməyən şəxs Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edə bilər", - bəyanatda qeyd edilib.

Qeyd edək ki, dünən Azərbaycan Yazıçılar Birliyinə üzvlüyün dayandırıldığı elan edilib.

Rəşanə İsamqızı

Xəbər Lenti

Qax rayonunda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş guşə yaradılıb16.01.2026 - 06:00
Astara şəhərində BSQ ilk dəfə rəqəmsal formatda təşkil olunub16.01.2026 - 05:42
Əliabad İki Nömrəli Məktəbdə nümunəvi dərs keçirildi16.01.2026 - 05:24
Astara şəhərində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş bilik yarışması keçirilib16.01.2026 - 05:06
2012-ci il Azərbaycanda “İdman ili” elan olundu16.01.2026 - 04:54
2001-ci ilin tarixi uğuru: İsrafil Aşurlı Kilimancaro zirvəsində16.01.2026 - 04:36
İsveç və Suriya Azərbaycanın müstəqilliyini tanıdı16.01.2026 - 04:18
2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunub16.01.2026 - 04:00
Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçirilir15.01.2026 - 16:01
Baş Prokurorluğa 51 gənc hüquqşünas qulluğa qəbul olunub15.01.2026 - 15:49
BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığı müzakirə olunub - FOTO15.01.2026 - 15:37
“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olacaq15.01.2026 - 15:23
UNEC-in elmi nəşrlərinin 18,7 faizi dünyanın ən çox sitat alan ilk 10 faiz kateqoriyası reytinqindədir15.01.2026 - 15:10
BMU nümayəndə heyəti Əbu-Dabidə 18-ci Dünya Gələcək Enerji Sammitində iştirak edib - FOTO15.01.2026 - 14:59
“Seyid Əşrəf ziyarətgahı” kitabı nəşr olunub15.01.2026 - 14:47
Azərbaycanlı tədqiqatçıların insan genomu ilə bağlı elmi işi “Nature Communications” jurnalında dərc olunub - FOTO15.01.2026 - 14:34
UNEC-in təşkil etdiyi elmi məqalə müsabiqəsində ADNSU tələbələri fərqlənib15.01.2026 - 14:11
ADNSU-nun rektoruna “2025-ci ilin ən yaxşı rektoru” mükafatı təqdim edilib15.01.2026 - 13:51
Kimya İnstitutunun alimləri fundamental və tətbiqi elmi araşdırmalarını davam etdirirlər15.01.2026 - 13:49
Mərkəzi Elmi Kitabxanada “Hiperkitap” rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib15.01.2026 - 13:37
Türkiyə–Azərbaycan Universiteti daha çox yüksək bal toplayan intellektual gəncləri cəlb edir - Vilayət Vəliyev15.01.2026 - 13:25
AMEA-da Sadıq Qarayevin əsərlərində azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdətinə həsr olunmuş tədbir keçirilib - FOTO15.01.2026 - 13:12
Əmir Səəd məqbərəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması hər birimizin mənəvi borcudur15.01.2026 - 13:01
Altı gün sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ15.01.2026 - 12:29
İnternet resurslarında təhqir və əxlaqa zidd paylaşımlar QADAĞAN EDİLDİ15.01.2026 - 12:16
MİQ imtahanında iştirakın ödənişli olması TƏSDİQLƏNDİ15.01.2026 - 11:47
Hava dəyişəcək - 20 dərəcə şaxta olacaq15.01.2026 - 11:30
“Dövlət idarəçiliyində rəqəmsal transformasiya” - təlim - FOTO15.01.2026 - 11:13
Lütfi Zadə adına olimpiada və fənn müsabiqələrinə qeydiyyat başlayır 15.01.2026 - 11:03
UNEC-də yarış keçirilib - FOTO15.01.2026 - 10:53
Xüsusi təhsil müəssisələrində bu qədər şagird təhsil alır15.01.2026 - 10:42
Sabah hava isti olacaq 15.01.2026 - 10:33
Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib - FOTOLAR15.01.2026 - 10:21
Şirvan-Salyan Regional Təhsil İdarəsinin aparıcı metodisti Günay Əbilova tanıdılıb - FOTO15.01.2026 - 10:10
164 müəssisədə, 7 mindən çox uşaq təhsil alır STATİSTİKA15.01.2026 - 09:56
“Şəhidin səsi” proqramının növbəti buraxılışı 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunacaq15.01.2026 - 09:47
Alimlər xroniki yorğunluğun bioloji səbəbini aşkar ediblər15.01.2026 - 09:39
“Dədə Qorqud” jurnalının yeni nömrəsində folklorşünaslığın müasir elmi problemləri tədqiq olunub15.01.2026 - 09:32
ADU professorunun “İkidilli Təhsil” adlı tədris vəsaiti nəşr olunub - FOTO15.01.2026 - 09:25
ADU-da akademik məsləhətçi vəzifəsi üzrə işə qəbul elan edilib15.01.2026 - 09:18
ADU-da vakant vəzifə üzrə işə qəbul elan olunur15.01.2026 - 09:12
Ötən il kinoteatrlarda 30-da yaxın yerli film nümayiş olunub15.01.2026 - 09:05
Bu gün görkəmli şair Nazim Hikmətin doğum günüdür15.01.2026 - 09:00
“Təhsildə incəsənət” layihəsi üzrə ilk tədbir keçirilib - FOTO15.01.2026 - 08:50
Arxeoloq-alim beynəlxalq seminarda Azərbaycan-özbək mədəni əlaqələrindən danışıb - FOTO15.01.2026 - 08:40
Salyanda iki məktəb yenidən inşa ediləcək15.01.2026 - 08:30
İndoneziyada təhsil üzrə təqaüd proqramı15.01.2026 - 08:20