Təhsil 365 - Logo Mobile

Əmir Səəd məqbərəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması hər birimizin mənəvi borcudur

7515.01.2026 - 13:01
Əmir Səəd məqbərəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması hər birimizin mənəvi borcudur

Qərbi Azərbaycanın tarixi ərazilərində, bugünkü Ermənistan Respublikasının ərazisində yüzlərlə Azərbaycan-türk memarlıq abidəsi amansızcasına məhv edilib, yaxud kimliyi dəyişdirilərək "əsirlikdə" saxlanılır. Bu irsin nadir incilərindən biri də İrəvan yaxınlığındakı Arqavand (keçmiş Cəfərabad) kəndində yerləşən, üzərinə "türkmən abidəsi" damğası vurulmuş Əmir Səəd məqbərəsidir.

Tehsil365”in məlumatına əsasən, bu fikirlər araşdırmaçı dekorativ tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü, jurnalist İsgəndər Sərdarlının Əmir Səəd məqbərəsi ilə bağlı məqaləsində yer alıb. Açıqlamada qeyd olunur:

“Əmir Səəd məqbərəsi təsadüfi tikili deyil. O, Azərbaycan dövlətçilik tarixində mühüm rol oynamış Qaraqoyunlu imperiyasının (1410-1467) siyasi və mədəni izlərindən biridir. Abidə 1413-cü ildə Qaraqoyunlu əmiri Pir Hüseyn tərəfindən atası, Çuxursəəd bölgəsinin ilk hakimi Əmir Səədin məzarı üzərində ucaldılıb. Bu tarixi fakt abidənin birbaşa Azərbaycan irsinə aid olduğunu sübut edir. Qaraqoyunlular mərkəzi Təbriz olan, əsasən Oğuz türklərindən (o cümlədən Baharlı, Səədli, Qaramanlı tayfaları) təşkil olunmuş bir dövlət idi. Onların dili Azərbaycan türkcəsi, mədəniyyəti isə Azərbaycanın orta əsr mədəniyyəti idi. Abidənin "əsirlik" taleyi sovet dövründə başladı və müasir Ermənistanda pik həddə çatdı. Əsas məqsəd bu ərazidəki Azərbaycan izlərini silmək idi. Abidəni yerli azərbaycanlılardan uzaqlaşdırmaq üçün o, uzaq Mərkəzi Asiya ilə, indiki Türkmənistanla əlaqələndirildi.”

Bu, "Türkmən" etnoniminin orta əsrlərdə Oğuz türklərini ifadə edən geniş məna daşımasından sui-istifadə idi. Elmi əsas olmasa da, siyasi məqsəd var idi. Abidənin yerləşdiyi tarixi Cəfərabad kəndi 1946-cı ildə "Arqavand" adlandırıldı. Bu, fiziki irslə yanaşı, coğrafi yaddaşı da məhv etmək cəhdi idi. Göy məsciddə olduğu kimi, Əmir Səəd məqbərəsi də rəsmi şəkildə Türkmənistan və İranla əlaqələndirilərək Azərbaycan kimliyindən məhrum edilir. Bu cəhdlər absurd görünür, çünki abidənin memarlığı özü danışır. Qırmızı tuf daşından səkkizbucaqlı formada ucaldılmış bu türbənin hər bir detalı Azərbaycan memarlıq məktəbinə aiddir: Türbə qülləvari (konik) quruluşa malikdir, bu isə Naxçıvan-Marağa memarlıq məktəbinin (Yusif ibn Küseyir, Möminə xatun türbələri) birbaşa davamıdır. Mərkəzi Asiya memarlığında bu üsluba rast gəlinmir. Bəzəklər rəngli kaşılardan deyil, yerli daş üzərindəki incə barelyef (qabarıq oyma) üsulu ilə işlənmiş həndəsi və epiqrafik naxışlardan ibarətdir. Xüsusilə yuxarıdakı süls xətli kitabə qurşağı Azərbaycan memarlığının vizit kartıdır.

Əmir Səəd məqbərəsinin analoqunu Türkmənistanda deyil, məhz Azərbaycanda axtarmaq lazımdır. O, Naxçıvandakı Yusif ibn Küseyir və Möminə xatun türbələri, eləcə də Bərdə və Qarabağlar türbələri ilə eyni memarlıq fəlsəfəsini daşıyır. Bu abidələrin hamısı eyni mədəni arealın tarixi Azərbaycan torpaqlarının ayrılmaz hissələridir. Biz, sənət adamları və cəmiyyət olaraq, bu həqiqətləri bilməli və dünyaya çatdırmalıyıq. 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il UNESCO Konvensiyası mədəni irsin qorunmasını tələb edir. Bu, yalnız fiziki qoruma deyil, həm də abidənin əsl kimliyinin, tarixinin və mənsubiyyətinin qorunmasıdır. Əmir Səəd məqbərəsi üzərinə atılan "şər" və "böhtan" yalnız bir daş yığınına deyil, bütöv bir xalqın tarixi yaddaşına və irsinə qarşı yönəlmiş bir cəhddir. Bu abidəni xilas etmək, onun haqq səsini dünyaya çatdırmaq hər birimizin mənəvi borcudur.

Rəşanə İsamqızı

Xəbər Lenti

Qax rayonunda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş guşə yaradılıb16.01.2026 - 06:00
Astara şəhərində BSQ ilk dəfə rəqəmsal formatda təşkil olunub16.01.2026 - 05:42
Əliabad İki Nömrəli Məktəbdə nümunəvi dərs keçirildi16.01.2026 - 05:24
Astara şəhərində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş bilik yarışması keçirilib16.01.2026 - 05:06
2012-ci il Azərbaycanda “İdman ili” elan olundu16.01.2026 - 04:54
2001-ci ilin tarixi uğuru: İsrafil Aşurlı Kilimancaro zirvəsində16.01.2026 - 04:36
İsveç və Suriya Azərbaycanın müstəqilliyini tanıdı16.01.2026 - 04:18
2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunub16.01.2026 - 04:00
Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçirilir15.01.2026 - 16:01
Baş Prokurorluğa 51 gənc hüquqşünas qulluğa qəbul olunub15.01.2026 - 15:49
BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığı müzakirə olunub - FOTO15.01.2026 - 15:37
“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olacaq15.01.2026 - 15:23
UNEC-in elmi nəşrlərinin 18,7 faizi dünyanın ən çox sitat alan ilk 10 faiz kateqoriyası reytinqindədir15.01.2026 - 15:10
BMU nümayəndə heyəti Əbu-Dabidə 18-ci Dünya Gələcək Enerji Sammitində iştirak edib - FOTO15.01.2026 - 14:59
“Seyid Əşrəf ziyarətgahı” kitabı nəşr olunub15.01.2026 - 14:47
Azərbaycanlı tədqiqatçıların insan genomu ilə bağlı elmi işi “Nature Communications” jurnalında dərc olunub - FOTO15.01.2026 - 14:34
UNEC-in təşkil etdiyi elmi məqalə müsabiqəsində ADNSU tələbələri fərqlənib15.01.2026 - 14:11
ADNSU-nun rektoruna “2025-ci ilin ən yaxşı rektoru” mükafatı təqdim edilib15.01.2026 - 13:51
Kimya İnstitutunun alimləri fundamental və tətbiqi elmi araşdırmalarını davam etdirirlər15.01.2026 - 13:49
Mərkəzi Elmi Kitabxanada “Hiperkitap” rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib15.01.2026 - 13:37
Türkiyə–Azərbaycan Universiteti daha çox yüksək bal toplayan intellektual gəncləri cəlb edir - Vilayət Vəliyev15.01.2026 - 13:25
AMEA-da Sadıq Qarayevin əsərlərində azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdətinə həsr olunmuş tədbir keçirilib - FOTO15.01.2026 - 13:12
Yazıçılar Birliyindən 15 manatla bağlı narazılığa REAKSİYA15.01.2026 - 12:44
Altı gün sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ15.01.2026 - 12:29
İnternet resurslarında təhqir və əxlaqa zidd paylaşımlar QADAĞAN EDİLDİ15.01.2026 - 12:16
MİQ imtahanında iştirakın ödənişli olması TƏSDİQLƏNDİ15.01.2026 - 11:47
Hava dəyişəcək - 20 dərəcə şaxta olacaq15.01.2026 - 11:30
“Dövlət idarəçiliyində rəqəmsal transformasiya” - təlim - FOTO15.01.2026 - 11:13
Lütfi Zadə adına olimpiada və fənn müsabiqələrinə qeydiyyat başlayır 15.01.2026 - 11:03
UNEC-də yarış keçirilib - FOTO15.01.2026 - 10:53
Xüsusi təhsil müəssisələrində bu qədər şagird təhsil alır15.01.2026 - 10:42
Sabah hava isti olacaq 15.01.2026 - 10:33
Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib - FOTOLAR15.01.2026 - 10:21
Şirvan-Salyan Regional Təhsil İdarəsinin aparıcı metodisti Günay Əbilova tanıdılıb - FOTO15.01.2026 - 10:10
164 müəssisədə, 7 mindən çox uşaq təhsil alır STATİSTİKA15.01.2026 - 09:56
“Şəhidin səsi” proqramının növbəti buraxılışı 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunacaq15.01.2026 - 09:47
Alimlər xroniki yorğunluğun bioloji səbəbini aşkar ediblər15.01.2026 - 09:39
“Dədə Qorqud” jurnalının yeni nömrəsində folklorşünaslığın müasir elmi problemləri tədqiq olunub15.01.2026 - 09:32
ADU professorunun “İkidilli Təhsil” adlı tədris vəsaiti nəşr olunub - FOTO15.01.2026 - 09:25
ADU-da akademik məsləhətçi vəzifəsi üzrə işə qəbul elan edilib15.01.2026 - 09:18
ADU-da vakant vəzifə üzrə işə qəbul elan olunur15.01.2026 - 09:12
Ötən il kinoteatrlarda 30-da yaxın yerli film nümayiş olunub15.01.2026 - 09:05
Bu gün görkəmli şair Nazim Hikmətin doğum günüdür15.01.2026 - 09:00
“Təhsildə incəsənət” layihəsi üzrə ilk tədbir keçirilib - FOTO15.01.2026 - 08:50
Arxeoloq-alim beynəlxalq seminarda Azərbaycan-özbək mədəni əlaqələrindən danışıb - FOTO15.01.2026 - 08:40
Salyanda iki məktəb yenidən inşa ediləcək15.01.2026 - 08:30
İndoneziyada təhsil üzrə təqaüd proqramı15.01.2026 - 08:20