Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov “2025-ci ilin ən yaxşı rektoru” adına layiq görülüb.
“Tehsil365” xəbər verir ki, Yanvarın 15-də “Azərbaycan Universitetləri” platformasının adminləri ilə keçirilən görüş zamanı Rüfət Əzizova “ilin rektoru” seçilməsi ilə bağlı plaket təqdim edilib.
Görüşdə, həmçinin son ildə universitetdə görülən işlər, akademik nailiyyətlər, eləcə də təhsil və elm sahəsində prioritetlər, universitetin inkişaf strategiyası və gələcək planlarla bağlı suallar rektor tərəfindən cavablandırılıb.
Qeyd edək ki, mükafat “Azərbaycan Universitetləri” platforması tərəfindən təsis edilib. Platforma artıq 5 ildir ki, “ilin rektoru” seçimlərini səsvermə əsasında deyil, universitetlərin il ərzində tədris, elmi fəaliyyət, beynəlxalq əlaqələr, idarəetmə və sosial sahələr üzrə əldə etdiyi real nəticələrə əsasən müəyyənləşdirir.
Rüfət Əzizovun rəhbərliyi ilə ADNSU-nun 2025-ci il ərzində əldə etdiyi göstəricilər bu seçimdə həlledici rol oynayıb.

