2001-ci ildə azərbaycanlı alpinist İsrafil Aşurlı Afrika qitəsinin ən yüksək zirvəsi olan Kilimancaroya uğurla qalxaraq tarixə düşüb.
"Tehsil365" xəbər verir ki, Bununla da o, Kilimancaroya qalxan ilk azərbaycanlı kimi adını ölkəmizin idman və alpinizm tarixinə yazdırıb.
Tanzaniya ərazisində yerləşən və 5 895 metr hündürlüyə malik olan Kilimancaro zirvəsi dünya alpinistləri üçün çətin və nüfuzlu marşrutlardan biri hesab olunur. İsrafil Aşurlının bu uğuru Azərbaycan alpinistlərinin beynəlxalq arenada tanınmasına və gənc dağçıların ruhlanmasına mühüm töhfə verib.
Qeyd edək ki, İsrafil Aşurlı sonrakı illərdə də bir sıra yüksək zirvələri fəth edərək Azərbaycan alpinizminin inkişafında xüsusi rol oynayıb.

