04.12.2025-ci il tarixində Əliabad İki Nömrəli Məktəbdə “Tanınmış şəxsiyyətlər təqvimi” çərçivəsində növbəti nümunəvi dərs təşkil olunmuşdur.
"Tehsil365" xəbər verir ki, Dərs məktəbin 5-ci sinif şagirdləri ilə “İbrahim Zeynalovun əsərləri” mövzusu əsasında keçirilmişdir.
Nümunəvi dərs zamanı şagirdlər yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat almış, əsərləri müzakirə edilmiş, interaktiv üsullardan istifadə olunaraq mövzu daha maraqlı şəkildə təqdim edilmişdir. Şagirdlərin fəallığı və mövzuya marağı dərsin effektivliyini artırmışdır.
Dərs müəllimə Umuxanova Mahirə tərəfindən yüksək peşəkarlıqla təşkil olunmuşdur.

