Təhsildə keyfiyyətin artırılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə Astara Şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində 4–11-ci siniflər üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) rəqəmsal formatda keçirilib.
"Tehsil365" xəbər verir ki, Qiymətləndirmə prosesi müəyyən olunmuş qaydalara uyğun şəkildə, müasir texniki təminat və nəzarət mexanizmləri əsasında həyata keçirilib. Rəqəmsal sistem vasitəsilə təşkil olunan BSQ zamanı şagirdlər üçün rahat və əlçatan mühit yaradılıb, prosesin gedişində onların təhlükəsizliyi və məlumatların məxfiliyi tam şəkildə qorunub.
Rəqəmsal qiymətləndirmə həm də nəticələrin daha operativ əldə olunmasına və obyektivliyin təmin edilməsinə şərait yaradıb. Bununla yanaşı, kağız daşıyıcılardan istifadənin minimuma endirilməsi kağız israfının qarşısının alınmasına xidmət etməklə ekoloji məsuliyyətin təşviqinə mühüm töhfə verib.
Qeyd edək ki, bu cür innovativ yanaşmalar təhsil müəssisələrində müasir qiymətləndirmə mexanizmlərinin tətbiqini genişləndirməklə tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

