14 yanvar 2026-cı il tarixdə Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar xüsusi guşə yaradılıb.
"Tehsil365" xəbər verir ki, Məktəbdə təşkil olunan guşədə şəhərsalma və memarlıq sahəsinin inkişaf mərhələlərini əks etdirən materiallar, görkəmli memarların fəaliyyəti, ölkəmizdə həyata keçirilən mühüm infrastruktur və abadlıq layihələri haqqında məlumatlar yer alıb. Guşənin yaradılmasında məqsəd şagirdlərdə memarlıq irsinə marağın artırılması, estetik düşüncənin formalaşdırılması və milli-mədəni dəyərlərin təbliğidir.
Tədbir çərçivəsində şagirdlərə şəhərsalmanın əhəmiyyəti, müasir memarlıq prinsipləri və dayanıqlı inkişaf mövzularında məlumatlar verilib, onların sualları cavablandırılıb.
Qeyd edək ki, bu kimi maarifləndirici təşəbbüslər şagirdlərin dünyagörüşünün genişlənməsinə və təlim-tərbiyə prosesinin daha səmərəli təşkilinə mühüm töhfə verir.

