Zaqatala rayon Çökəkoba kənd tam orta məktəbində V sinif şagirdləri üçün Azərbaycan dili fənni üzrə “Oxu dəqiqələri” təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Dərs zamanı şagirdlər müxtəlif ədəbiyyat nümunələrini oxuyaraq, onların məzmunu və mənası üzərində müzakirələr aparıblar.
Müəllim Qaziyeva Kəmalə dərsi maraqlı və interaktiv şəkildə keçirərək, şagirdlərin oxuma vərdişlərini və nitq bacarıqlarını inkişaf etdirməyə diqqət yetirib. Tədbir həmçinin uşaqların Azərbaycan dili və ədəbiyyatına marağını artırmaq, onların bədii mətni anlama və şərh etmə qabiliyyətlərini gücləndirmək məqsədi daşıyıb.
“Oxu dəqiqələri” layihəsi məktəbdə şagirdlərin bilik və bacarıqlarının artırılmasına, həmçinin təhsil prosesinin daha əyləncəli və məhsuldar təşkil edilməsinə töhfə verir.

