Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq AMEA Rəyasət Heyətinin müvafiq qərarından irəli gələn tapşırıqları, eləcə də ilin nəticələrini müzakirə etmək, qarşıdakı hədəfləri müəyyənləşdirmək, iş planlarını təsdiq etmək məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) iclas keçirilib.
Bu barədə “Tehsil365"ə kitabxanadan məlumat verilib. Bildirilib ki,
İclasda çıxış edən MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov qarşıda duran əsas vəzifələr, prioritet istiqamətlər və görüləcək işlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, yeni ildə də kitabxananın elmi-informasiya resurslarının zənginləşdirilməsi, müvafiq mövzular üzrə elmi tədqiqatların dəstəklənməsi və istifadəçilərə təqdim olunan xidmətlərin müasir tələblərə uyğun təşkili əsas hədəflər sırasındadır.
Direktor onu da vurğulayıb ki, Mərkəzi Elmi Kitabxana innovativ yanaşmaları tətbiq etməklə dünya elminin müasir çağırışlarını nəzərə almalı, ölkənin elmi və intellektual potensialının inkişafına töhfə verməlidir.
Sonda direktor iclas iştirakçılarına qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

