Təhsil 365 - Logo Mobile

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

8616.01.2026 - 11:32
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

Fevralın 1-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim mərhələsi keçiriləcək. Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyidir.

BDU-dan “Tehsil365"ə bildirilib ki, olimpiadanın onlayn mərhələsində uğur qazanan məktəblilər universitetdə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 25 sentyabr - 5 oktyabr tarixlərində Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

Olimpiadaya hazırlıq dərsləri BDU və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən universitetdə və mərkəzdə təşkil olunacaq. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilmiş komanda üzvləri üçün Şamaxı Astrofizika Rəsədxanasında birhəftəlik yay düşərgəsi təşkil ediləcək. “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi isə məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər keçəcək.

Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Təhsil İnstitutunun dəstəyi ilə baş tutur.

VI Azərbaycan Astronomiya Olimpiadası və XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://www.oxuyan.az/@aao

Qeydiyyat yanvarın 31-i saat 23:59-a qədər davam edəcək.

Olimpiada fevralın 1-də saat 11:00-da www.oxuyan.az onlayn imtahan platforması üzərindən aparılacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

Bu gün hava necə olacaq? 17.01.2026 - 05:52
İki azyaşlı dəm qazdan zəhərlənib17.01.2026 - 05:29
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğurla çıxış ediblər17.01.2026 - 05:10
Müəllimlərin əmək məzuniyyətinin qaydası DƏYİŞDİRİLDİ17.01.2026 - 04:59
Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi17.01.2026 - 04:48
NDU-da payız semestrinin imtahan sessiyası ilə bağlı görüş keçirilib - FOTO16.01.2026 - 16:50
Azərbaycan sosial mediada “Instagramı” seçdi - Statistika16.01.2026 - 16:40
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi16.01.2026 - 16:30
“Bakcell” və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir - FOTOLAR16.01.2026 - 16:20
Ədəbiyyat İnstitutunda 2026-ci ilin ilk Elmi şurası keçirilib16.01.2026 - 16:10
"Tehsil365" İnformasiya Agentliyi 4-cü Könüllülük Proqramına start verir16.01.2026 - 16:02
Suriyadan Azərbaycan vətəndaşı olan ana və 4 övladı ölkəyə gətirilib16.01.2026 - 15:56
ADNSU-da ENACTUS Komandasına qeydiyyat başlayıb16.01.2026 - 15:43
AzTU-nun əməkdaşı vəfat etdi - FOTO16.01.2026 - 15:34
Bu kollecə direktor təyin olunub - FOTO16.01.2026 - 15:25
Bruney-Darüssalamda təqaüdlə təhsil 16.01.2026 - 15:18
Tovuzda bağça müdirinə xəsarət yetirilib16.01.2026 - 15:02
AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 illik yubileyi qeyd olunub - FOTO16.01.2026 - 14:50
Milli Dram Teatrı İstanbul Şəhər Teatrları və Qazaxıstan Milli Teatrı ilə memorandum imzalayıb - FOTO16.01.2026 - 14:40
Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgünün xatirəsi anılıb16.01.2026 - 14:30
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq16.01.2026 - 14:20
Coğrafiyaçı alimin kitabları Türkiyənin Prezident Kitabxanasına hədiyyə edilib16.01.2026 - 14:10
BMU-nun kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO16.01.2026 - 13:59
Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçiriləcək16.01.2026 - 13:47
AMEA Gənclər Akademiyasının idarə heyəti, strukturu və yeni tərkibi müəyyənləşdirilib16.01.2026 - 13:35
Yanvarın ilk 15 günündə Elm və Təhsil Nazirliyinə 18 mindən çox müraciət daxil olub16.01.2026 - 13:23
Türkiyə-Azərbaycan Universiteti xarici ölkələrdən tələbə qəbul etməyi planlaşdırır16.01.2026 - 13:11
Kamran Yunis: “Bədii qiraətdə əxlaq itəndə sənət də ölür”16.01.2026 - 12:58
Prezidentin AMEA-nın yubileyindəki çağırışı: Neft və Qaz İnstitutu üçün yeni mərhələ16.01.2026 - 12:45
Türk Mədəniyyəti və İrsi Fondu ilə MATM arasında anlaşma memorandumunun imzalanması barədə razılıq əldə edilib16.01.2026 - 12:33
BDU ötən il beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib16.01.2026 - 12:21
AMEA və Kərkük Kültür Dərnəyinin birgə layihəsi: yeni sayt fəaliyyətə başlayıb16.01.2026 - 12:10
Paytaxt məktəblərində “Şəhərsalma və Memarlıq İli"nə həsr olunan müsabiqələrə başlanılıb16.01.2026 - 11:54
Türk alim: Azərbaycan ərazisində aşkarlanan abidələr dünya əhəmiyyətli nadir incilərdəndir16.01.2026 - 11:43
Kyungpook Milli Universitetində qonaq alim kimi tədris imkanı16.01.2026 - 11:20
DİM-də GRE General Test imtahanı keçirilib16.01.2026 - 11:09
"Şəhərsalma və Memarlıq İli"nin ilk müsabiqələrinə start verilib16.01.2026 - 10:52
Dövlət qulluğunun müsahibə mərhələsi elan edilir16.01.2026 - 10:41
6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək16.01.2026 - 10:28
"Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib16.01.2026 - 10:17
Taksi sürücüləri üçün imtahan keçiriləcək16.01.2026 - 10:06
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı MEK-də iclas keçirilib, vəzifələr müəyyənləşdirilib - FOTO16.01.2026 - 09:53
Güney Azərbaycan folkloru seriyasının XVIII kitabı: “Koroğlu” dastanının qolları nəşr edilib16.01.2026 - 09:40
Şərqşünaslıq İnstitutunun əməkdaşının qaqauz dilinə dair məqaləsi Türkiyədə dərc olunub - FOTO16.01.2026 - 09:30
Polis Akademiyasına işə qəbul aparılır16.01.2026 - 09:20
Bu gün hava necə olacaq? 16.01.2026 - 09:10
Ali məhkəmə idmançıların Məktəb və kollec idmanında iştirakını qadağan edən qanunları dəyərləndirir16.01.2026 - 09:00