Azərbaycanla İraq türkmanlarının daha da yaxınlaşması, elmi, ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində növbəti addım atılıb, "kerküktenazerbaycana.com" internet saytı istifadəyə verilib.
Bu barədə “Tehsil365"ə AMEA-dan məlumat verilib. Bildirilib ki, sayt AMEA və Kərkük Kültür Dərnəyinin birgə layihəsi olaraq reallaşıb. Saytda Azərbaycan və İraq türkmanlarının ortaq dəyərləri, dil xüsusiyyətləri, görkəmli şəxsiyyətləri və mövcud ədəbi-mədəni əlaqələri ilə bağlı məqalələr, elmi araşdırmalar və gündəlik xəbərlər yer alacaq.
İnternet saytının Azərbaycan tərəfdən baş redaktoru akademik İsa Həbibbəyli, İraq türkmanları tərəfdən Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevdir.

