Təhsil 365 - Logo Mobile

Kamran Yunis: “Bədii qiraətdə əxlaq itəndə sənət də ölür”

17316.01.2026 - 12:58
Kamran Yunis: “Bədii qiraətdə əxlaq itəndə sənət də ölür”

“Bədii qiraət çox dəyərli və ciddi sənət istiqamətidir. Təəssüf ki, bu gün Azərbaycanda səsi bir qədər bəyənilən və ya səsini boğazına salan hər kəs bu sahə ilə məşğul olur. Amma bu, bədii qiraət deyil. Bu, sadəcə olaraq şeir və musiqinin arxasında gizlənərək nəsə ortaya qoymaq cəhdidir”.

“Tehsil365" xəbər verir ki, bu fikirləri “CBC FM”-də Şahin Tayfunun təqdimatında yayımlanan “Mədəniyyət dalğası” proqramında qonaq olan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası Kamran Yunis deyib.

Onun sözlərinə görə, musiqinin kölgəsində oxunan mətn dinlənilə bilər, lakin şeir demək olduqca çətin və məsuliyyətli peşədir:

“Bunun üçün Azərbaycan dilini mükəmməl bilmək, şeirin dərin qatlarını dərk etmək lazımdır. Təəssüf ki, bu gün şeir olduqca bəsitləşdirilib”.

Kamran Yunis bədii qiraətlə məşğul olan bir çox insanlarda ciddi tələffüz və səs problemlərinin mövcud olduğunu bildirib. O qeyd edib ki, insan səsi beş cür olur: sinə səsi, boğaz səsi, qırtlaq səsi, rezonator səsi və kəllə səsi. Bunlardan boğaz səsi elə bir səsdir ki, avtomatik olaraq çənə qapanır və nəticədə sözlər aydın eşidilmir.

Aktyor bu səhvlərə görə gəncləri tənqid etmək istəmədiyini vurğulayıb:

“Bu işin çox xırda, amma həyati əhəmiyyətli detalları var. Aktyor sənətində ‘nazlanma’ anlayışı mövcuddur. Bəzən məqsəd şeir demək yox, sadəcə ‘mən də varam’ demək olur. Bu isə sənəti arxa plana keçirir”.

Onun fikrincə, bu cür yanaşma nəticəsində bədii qiraət öz əsl mahiyyətini itirir və eqoizmə, nümayişə çevrilir:

“Ən dəhşətlisi də odur ki, bu zaman sənət ölür”.

Kamran Yunis ustadlardan öyrənməyin vacibliyinə də toxunub. O bildirib ki, vaxtaşırı Rasim müəllimlə söhbətlər edir, mərhum Fuad Poladovla isə son günlərinə qədər əlaqə saxlayıb və həm insan, həm də aktyor kimi ondan çox şey öyrənib. Aktyor öyrənməyi həyatının əsas missiyası hesab etdiyini deyib.

Onun sözlərinə görə, müasir dövrdə bir çox insanlar öyrənmək istəmir və bu, Azərbaycan mədəniyyətinin istər seriallarda, istər filmlərdə ən böyük problemlərindən biridir:

“Hər kəs deyir ki, ‘mən sənətkaram’. Amma sənət daim öyrənməyi tələb edir”.

Kamran Yunis qeyd edib ki, bədii qiraət böyük sənət olub və bu sahənin Səməndər Rzayev, Mikayıl Mirzə, Həsən Əbluc, Şahmar Ələkbərov, Fuad Poladov kimi böyük ustadları olub. Özünü ustad saymadığını deyən aktyor, bu yolda öyrənə-öyrənə getdiyini vurğulayıb.

O əlavə edib ki, şeiri səsləndirmək üçün əsas şərt ruhdur və bədii əsərlər üç qrupa bölünür: qrafomanlar, istedadlılar və dahilər. Kamran Yunis əsasən dahi insanların şeirlərini oxumağa çalışdığını bildirib.

Aktyor yaşa dolduqca baxışlarının dəyişdiyini, əvvəllər oxuduğu şeirlərə yenidən qayıtmaq və onları daha dərindən dərk etmək istədiyini deyib. O vurğulayıb ki, bəzi şeirlər minlərlə baxış toplasa da, sənət meyarı baxış sayı deyil.

“Sovetdən qalma bir problemimiz də var – hər şeyi beyinlə qəbul etmək istəyirik. Halbuki sənət beyin məhsulu deyil. Sənət ruhun məhsuludur”, – deyə Kamran Yunis bildirib.

Amidə Zeynalova

Xəbər Lenti

NDU-da payız semestrinin imtahan sessiyası ilə bağlı görüş keçirilib - FOTO16.01.2026 - 16:50
Azərbaycan sosial mediada “Instagramı” seçdi - Statistika16.01.2026 - 16:40
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi16.01.2026 - 16:30
“Bakcell” və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir - FOTOLAR16.01.2026 - 16:20
Ədəbiyyat İnstitutunda 2026-ci ilin ilk Elmi şurası keçirilib16.01.2026 - 16:10
"Tehsil365" İnformasiya Agentliyi 4-cü Könüllülük Proqramına start verir16.01.2026 - 16:02
Suriyadan Azərbaycan vətəndaşı olan ana və 4 övladı ölkəyə gətirilib16.01.2026 - 15:56
ADNSU-da ENACTUS Komandasına qeydiyyat başlayıb16.01.2026 - 15:43
AzTU-nun əməkdaşı vəfat etdi - FOTO16.01.2026 - 15:34
Bu kollecə direktor təyin olunub - FOTO16.01.2026 - 15:25
Bruney-Darüssalamda təqaüdlə təhsil 16.01.2026 - 15:18
Tovuzda bağça müdirinə xəsarət yetirilib16.01.2026 - 15:02
AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 illik yubileyi qeyd olunub - FOTO16.01.2026 - 14:50
Milli Dram Teatrı İstanbul Şəhər Teatrları və Qazaxıstan Milli Teatrı ilə memorandum imzalayıb - FOTO16.01.2026 - 14:40
Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgünün xatirəsi anılıb16.01.2026 - 14:30
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq16.01.2026 - 14:20
Coğrafiyaçı alimin kitabları Türkiyənin Prezident Kitabxanasına hədiyyə edilib16.01.2026 - 14:10
BMU-nun kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO16.01.2026 - 13:59
Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçiriləcək16.01.2026 - 13:47
AMEA Gənclər Akademiyasının idarə heyəti, strukturu və yeni tərkibi müəyyənləşdirilib16.01.2026 - 13:35
Yanvarın ilk 15 günündə Elm və Təhsil Nazirliyinə 18 mindən çox müraciət daxil olub16.01.2026 - 13:23
Türkiyə-Azərbaycan Universiteti xarici ölkələrdən tələbə qəbul etməyi planlaşdırır16.01.2026 - 13:11
Prezidentin AMEA-nın yubileyindəki çağırışı: Neft və Qaz İnstitutu üçün yeni mərhələ16.01.2026 - 12:45
Türk Mədəniyyəti və İrsi Fondu ilə MATM arasında anlaşma memorandumunun imzalanması barədə razılıq əldə edilib16.01.2026 - 12:33
BDU ötən il beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib16.01.2026 - 12:21
AMEA və Kərkük Kültür Dərnəyinin birgə layihəsi: yeni sayt fəaliyyətə başlayıb16.01.2026 - 12:10
Paytaxt məktəblərində “Şəhərsalma və Memarlıq İli"nə həsr olunan müsabiqələrə başlanılıb16.01.2026 - 11:54
Türk alim: Azərbaycan ərazisində aşkarlanan abidələr dünya əhəmiyyətli nadir incilərdəndir16.01.2026 - 11:43
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək16.01.2026 - 11:32
Kyungpook Milli Universitetində qonaq alim kimi tədris imkanı16.01.2026 - 11:20
DİM-də GRE General Test imtahanı keçirilib16.01.2026 - 11:09
"Şəhərsalma və Memarlıq İli"nin ilk müsabiqələrinə start verilib16.01.2026 - 10:52
Dövlət qulluğunun müsahibə mərhələsi elan edilir16.01.2026 - 10:41
6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək16.01.2026 - 10:28
"Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib16.01.2026 - 10:17
Taksi sürücüləri üçün imtahan keçiriləcək16.01.2026 - 10:06
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı MEK-də iclas keçirilib, vəzifələr müəyyənləşdirilib - FOTO16.01.2026 - 09:53
Güney Azərbaycan folkloru seriyasının XVIII kitabı: “Koroğlu” dastanının qolları nəşr edilib16.01.2026 - 09:40
Şərqşünaslıq İnstitutunun əməkdaşının qaqauz dilinə dair məqaləsi Türkiyədə dərc olunub - FOTO16.01.2026 - 09:30
Polis Akademiyasına işə qəbul aparılır16.01.2026 - 09:20
Bu gün hava necə olacaq? 16.01.2026 - 09:10
Ali məhkəmə idmançıların Məktəb və kollec idmanında iştirakını qadağan edən qanunları dəyərləndirir16.01.2026 - 09:00
2024-25-ci ildə evdə təhsil alan uşaqların sayı 15% artıb16.01.2026 - 08:42
İngiltərə və Uelsdə təhsil xərcləri artır – Məzunlar gələcək qazancını necə qiymətləndirməlidir?16.01.2026 - 08:36
Uşaq baxıcıları vergi dəyişiklikləri səbəbindən müəssisələrin bağlanacağı barədə xəbərdarlıq edirlər16.01.2026 - 08:18
İngiltərədə 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı üzrə rəsmi məsləhətlər hazırlanır16.01.2026 - 08:00
Üç ana sistemi günahlandırdı16.01.2026 - 07:42