Təhsil 365 - Logo Mobile

Ədəbiyyat İnstitutunda 2026-ci ilin ilk Elmi şurası keçirilib

9116.01.2026 - 16:10
Ədəbiyyat İnstitutunda 2026-ci ilin ilk Elmi şurası keçirilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2026-ci il üçün ilk iclası keçirilib. İclas AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin sədrliyi ilə baş tutub.

İnstitutdan “Tehsil365"ə bildirilib ki, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrdən danışıb.

Akademik vurğulayıb ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyində Türk dövlətlərinin rəhbərlərinin iştirakı gözlənilir. Qeyd edib ki, tədbirlər silsiləsinin təkcə Azərbaycanda deyil, həmçinin Türkiyə, Qazaxıstan və Özbəkistanda da təşkili nəzərdə tutulur. Eyni zamanda, 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında 22 dekabr 2025-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələrdən danışıb. Bu il həm də Memar Əcəminin 900 illik yubiley ili olduğunu xatırladıb. Bu münasibətlə “Azərbaycan ədəbiyyatında şəhər və memarlıq” mövzusunda konfransın keçirilməsini münasib bilib.

O, görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə görüləcək işlərdən danışıb, əsərlərinin filoloji nəşrinin hazırlandığını vurğulayıb. Bundan əlavə, Səməd Vurğun, Süleyman Rüstəm və Məhəmmədhüseyn Şəhriyarın 120 illik yubileyləri ilə əlaqədar nəşr və konfranslar haqqında məlumat verib.

İnstitut əməkdaşlarından filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin müəllifi olduğu kitabların Dövlət mükafatına təqdim olunması məsələsi səsə qoyularaq qəbul edilib.

Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elnarə Akimova Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan dilinin qorunmasında ədəbiyyatın rolu ilə bağlı keçiriləcək tədbirlərdən bəhs edib.

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2026-ci il üçün elmi tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi haqqında”, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 2026-ci il üçün İş planının müzakirəsi və təsdiqinə dair”, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2026-ci il üçün “Tədbirlər planı”nın müzakirəsi və təsdiqi haqqında” məlumat verib.

Daha sonra institutun Təhsil şöbəsinin müdiri,filologiya üzrə fəlsəfə doktoru dosent Günay Qarayeva “İnstitutun elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlarının attestasiyasının nəticəsinə dair” çıxış edib.

Sonda bir sıra cari məsələlər, xüsusilə müsabiqə məsələləri müzakirə olunub, müvafiq qərarlar verilib, İnstitutun saytının yeni versiyası təqdim edilib.

Aydan Ələkbərova

Xəbər Lenti

Alimlərimizin növbəti məqaləsi yüksək impakt-faktorlu jurnalda17.01.2026 - 13:24
Fəlsəfə və Sosiologiya İnstitutunda Məmmədağa Sərdarovun 85 illiyi qeyd olunub - FOTO17.01.2026 - 13:12
Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir17.01.2026 - 12:57
Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib17.01.2026 - 12:42
Bu gün Uşaq ixtiraları günüdür17.01.2026 - 12:27
Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur17.01.2026 - 12:15
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb17.01.2026 - 12:00
Qırmızı kürünün faydaları: Düzgün seçim qaydaları17.01.2026 - 11:49
Təhsilini bitirməyənlərin nəzərinə - İmtahan olacaq17.01.2026 - 11:36
​Bu məktəbin iki şagirdi var17.01.2026 - 11:24
Məktəblərdə üç fənn birləşir17.01.2026 - 11:12
Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər17.01.2026 - 11:00
Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək17.01.2026 - 10:48
Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 10:35
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri 17.01.2026 - 10:20
Kollecə direktor təyin edildi17.01.2026 - 10:08
Rayonlarda distant təhsil başlayır17.01.2026 - 09:56
Bu smartfonlarda süni intellekt pulsuz olacaq17.01.2026 - 09:41
İlham Əliyev bayramlarla bağlı fərman imzaladı17.01.2026 - 09:28
Azərbaycanda bu sahələr üzrə müəllim tapılmır17.01.2026 - 09:17
Daha bir ölkədə “Novruz” milli bayram elan edildi17.01.2026 - 09:05
Azərbaycanlı tələbə Türkiyədə qəfil vəfat edib 17.01.2026 - 08:58
LDU Elmi şurasının yeni ildə ilk iclası keçirilib17.01.2026 - 08:40
Yer kürəsinin ən böyük çay deltaları dayazlaşır17.01.2026 - 08:29
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 08:14
AzMİU ilə “Azərisitiliktəchizat” ASC arasında birgə fəaliyyət imkanları müzakirə edilib17.01.2026 - 07:59
BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib17.01.2026 - 07:46
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək17.01.2026 - 07:30
Hakerlər "Bluetooth" vasitəsilə insanları izləyə bilərlər - XƏBƏRDARLIQ17.01.2026 - 07:14
Həkim: "İndiki uşaqlar infeksiyalarla daha tez-tez qarşılaşırlar"17.01.2026 - 07:00
Astronomlar kosmosda dəmirdən "lent" aşkar ediblər17.01.2026 - 06:48
"ChatGPT" insan beyninə yerləşdiriləcək17.01.2026 - 06:39
ADU-nun Konfutsi İnstitutu Biləsuvarda təhsil əlaqələrini genişləndirir17.01.2026 - 06:27
AzTU beynəlxalq mübadilə proqramlarını genişləndirir17.01.2026 - 06:08
Bu gün hava necə olacaq? 17.01.2026 - 05:52
İki azyaşlı dəm qazdan zəhərlənib17.01.2026 - 05:29
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğurla çıxış ediblər17.01.2026 - 05:10
Müəllimlərin əmək məzuniyyətinin qaydası DƏYİŞDİRİLDİ17.01.2026 - 04:59
Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi17.01.2026 - 04:48
Azərbaycanda tanınmış həkim vəfat etdi17.01.2026 - 04:30
NDU-da payız semestrinin imtahan sessiyası ilə bağlı görüş keçirilib - FOTO16.01.2026 - 16:50
Azərbaycan sosial mediada “Instagramı” seçdi - Statistika16.01.2026 - 16:40
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi16.01.2026 - 16:30
“Bakcell” və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir - FOTOLAR16.01.2026 - 16:20
"Tehsil365" İnformasiya Agentliyi 4-cü Könüllülük Proqramına start verir16.01.2026 - 16:02
Suriyadan Azərbaycan vətəndaşı olan ana və 4 övladı ölkəyə gətirilib16.01.2026 - 15:56
ADNSU-da ENACTUS Komandasına qeydiyyat başlayıb16.01.2026 - 15:43