Media Təhlil Mərkəzinin (MTM) “Statcounter” Qlobal Statistika platformasının açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ildə Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə “Instagram” olub. Platformanın ölkə üzrə istifadə payı 34,33 faiz təşkil edib.
“Tehsil365” xəbər verir ki, bununla bağlı Tehlil.az məlumat yayıb.
Bildirilib ki, ikinci yerdə 25,53 faiz göstərici ilə “Facebook” qərarlaşıb. Ən çox istifadə edilən sosial şəbəkələrin ilk üçlüyünü 18,68 faiz payla “YouTube” tamamlayıb.
Təhlilə əsasən, “Pinterest” istifadə payına görə 10,34 faizlə dördüncü, “X” (köhnə adı ilə Twitter) isə 7,18 faizlə beşinci yerdə qərarlaşıb.
Qalan 3,93 faiz pay isə “LinkedIn”, “Reddit” və digər sosial şəbəkələrin hesabına düşür.
Bu göstəricilər Azərbaycanda sosial media istifadə vərdişlərinin əsas istiqamətlərini və platformalar üzrə mövcud rəqabət balansını əks etdirir.

