Naxçıvan Dövlət Universitetində (NDU) 2025–2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində universitetin rektoru Elbrus İsayev imtahanların təşkili və gedişinə nəzarət məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyasının üzvləri ilə görüş keçirib.
Bu barədə "Tehsil365"ə universitetdən məlumat verilib. Bildirilib ki, imtahan prosesində tətbiq olunan yeniliklər, mövcud vəziyyət, qarşıya çıxan çətinliklər və aşkar olunan çatışmazlıqlar müzakirə olunub. Komissiya üzvləri imtahanların keçirilməsi zamanı apardıqları müşahidələr və irəli sürdükləri təkliflər barədə rektoru məlumatlandırıblar. Bildirilib ki, imtahan sessiyasının ilk həftəsində qaydalara əməl etmədiyinə görə 40-a yaxın tələbə imtahanlardan kənarlaşdırılıb.
Elbrus İsayev imtahanların şəffaf və obyektiv şəkildə keçirilməsinin vacibliyini vurğulayaraq komissiya üzvlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, imtahan sessiyasının obyektivliyinin təmin olunması məqsədilə Naxçıvan Dövlət Universitetində 11 nəfərlik İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. İmtahan prosesinə müşahidə kameraları vasitəsilə elektron və texniki nəzarət həyata keçirilir. Daxil olan müraciətlər komissiya üzvləri tərəfindən tam elektron formada araşdırılaraq operativ şəkildə cavablandırılır.

