Azərbaycan Texniki Universitetində (AzTU) əcnəbi tələbələrin sayının ildən-ilə artırılması prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlanılır. Universitet rəhbərliyi bu məqsədlə beynəlxalq əlaqələrin genişləndirilməsinə və xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir.
AzTU-dan “Tehsil365”ə bildirilib ki, universitetin mütəmadi əməkdaşlıq etdiyi xarici ali təhsil müəssisələri ilə professor-müəllim heyəti və tələbələrin qarşılıqlı mübadiləsi həyata keçirilir. Bu mübadilə proqramları çərçivəsində həm akademik təcrübə paylaşımı, həm də tələbələrin beynəlxalq təhsil mühitinə inteqrasiyası təmin olunur.
Qeyd olunub ki, gələcək mərhələdə mübadilə proqramlarının daha da genişləndirilməsi, əcnəbi tələbələrin AzTU-da təhsil imkanlarının artırılması və beynəlxalq əməkdaşlıq coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.

