Təhsil 365 - Logo Mobile

LDU Elmi şurasının yeni ildə ilk iclası keçirilib

7817.01.2026 - 08:40
LDU Elmi şurasının yeni ildə ilk iclası keçirilib

Lənkəran Dövlət Universitetində Elmi şuranın 2026-cı ildə keçirilən ilk iclasını şuranın sədri, LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb.

Tehsil365”in məlumatına əsasən, Prof. Natiq İbrahimov iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdikdən sonra bildirib ki, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin Sərəncamı ilə kollecin bir qrup müəllimi mükafatlandırılıb.

İlqar Əliyev, Firuzə Abışova, Qətilə Şükürova “Qabaqcıl təhsil işçisi” döş nişanına, Zəminə Əliyeva, Nigar Cəfərova, Günel Abdullayeva, Kəmalə Axundova, İlahə Əyyubova “Fəxri-fərman”a layiq görülüblər.

Həmçinin Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova Prezident İlham Əliyevin fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib. Prof. Natiq İbrahimov təltif olunanlara mükafatları təqdim edərək xoş arzularını bildirib.

Elmi şuranın müzakirəsinə çıxarılan ilk məsələ “Tədris sahəsində görülmüş işlərin hesabatı”nın dinlənilməsi olub. Bu barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib.

Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev “Elmi-pedaqoji potensialın inkişafı” ilə bağlı hesabatı təqdim edib. Dos. Elvin Əliyev eyni zamanda “Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin hesabatı” ilə də çıxış edib.

LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Ramiz Şəmmədov universitetdə sosial məsələlər, təlim-tərbiyə sahəsində görülmüş işlər barədə məlumat verib.

Lənkəran Dövlət Universitetində professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndiriməsinə əsaslanan diferensial əmək haqqı sisteminin tətbiqi haqqinda Baş elmi katib dos. Allahşükür Quliyev danışıb. Dos. Allahşükür Quliyev Elmi şura üzvlərini “Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən vakant olan yerlərə seçkilərin keçirilməsinin nəticələri ilə tanış edib. Elmi şurada gizli səsvermə yolu ilə vakant yerlərə namizədlər seçilib.

Şura iclasında cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul olunub.

Rəşanə İsamqızı

Xəbər Lenti

NASA-dan Venera missiyası ilə bağlı YENİLİK18.01.2026 - 11:00
Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı18.01.2026 - 10:42
RFO-nun rayon (şəhər) mərhələsi keçirilib18.01.2026 - 10:27
Sabah hava necə olacaq?18.01.2026 - 10:14
Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb18.01.2026 - 09:59
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR18.01.2026 - 09:45
Magistraturaya qəbul üzrə sınaq imtahanı başlayıb18.01.2026 - 09:37
Azərbaycanda zəlzələ olub 18.01.2026 - 09:25
Bu gün hava necə olacaq? 18.01.2026 - 09:18
Viktoriyada dövlət məktəblərinin şagird məlumatları haker hücumuna məruz qalıb18.01.2026 - 09:06
Hökumətin RISE məktəb təkmilləşdirmə qrupları üzrə məsləhətləşməsi təxirə salındı18.01.2026 - 08:54
“Qayğı sistemi işləmirsə, risk artacaq” — Hesabatdan şok rəqəmlər 18.01.2026 - 08:36
Uels hökuməti “pulsuz kitab” sxemini xilas edəcəyini açıqladı18.01.2026 - 08:18
Bonus qalmaqalından sonra City & Guilds-in iki ən yaxşı rəhbəri məzuniyyətə göndərilib18.01.2026 - 08:00
Böyük Britaniya təhsilinə “məkrli” təsir göstərməkdə ittiham olunur18.01.2026 - 07:42
20 Yanvar – Hüzn gününə həsr edilmiş rəsm müsabiqəsi keçirildi18.01.2026 - 07:24
“Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının iclası keçirildi18.01.2026 - 07:06
“Yerin fırlanması” mövzusunda açıq dərs keçirildi18.01.2026 - 06:54
“Sağlamlıq və qidalanma” mövzusunda məşğələ keçirilib18.01.2026 - 06:36
Qax rayonunda Azərbaycan dili üzrə kiçik bilik yarışı keçirilib18.01.2026 - 06:18
Qax rayon Tasmalı kənd məktəbində daxili intizam qaydaları ilə bağlı maarifləndirici söhbət keçirilib18.01.2026 - 06:00
Astara şəhər 4 saylı məktəbdə daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə komissiyasının iclası keçirilib18.01.2026 - 05:42
Bakıda Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub18.01.2026 - 05:24
Görkəmli bəstəkar Əhməd-Cövdət Hacıyevin xatirəsi ehtiramla anılır18.01.2026 - 05:06
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyfəddin Dağlı anılır18.01.2026 - 04:54
Görkəmli kinorejissor Eldar Quliyevin xatirəsi anılır18.01.2026 - 04:36
Səadət Abdullayevanın xatirəsi ehtiramla anılır18.01.2026 - 04:18
Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti və tarixi rolu18.01.2026 - 04:00
“Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının iclası keçirildi17.01.2026 - 20:20
Taksi sürücüləri üçün imtahan keçiriləcək17.01.2026 - 13:39
Alimlərimizin növbəti məqaləsi yüksək impakt-faktorlu jurnalda17.01.2026 - 13:24
Fəlsəfə və Sosiologiya İnstitutunda Məmmədağa Sərdarovun 85 illiyi qeyd olunub - FOTO17.01.2026 - 13:12
Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir17.01.2026 - 12:57
Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib17.01.2026 - 12:42
Bu gün Uşaq ixtiraları günüdür17.01.2026 - 12:27
Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur17.01.2026 - 12:15
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb17.01.2026 - 12:00
Qırmızı kürünün faydaları: Düzgün seçim qaydaları17.01.2026 - 11:49
Təhsilini bitirməyənlərin nəzərinə - İmtahan olacaq17.01.2026 - 11:36
​Bu məktəbin iki şagirdi var17.01.2026 - 11:24
Məktəblərdə üç fənn birləşir17.01.2026 - 11:12
Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər17.01.2026 - 11:00
Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək17.01.2026 - 10:48
Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 10:35
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri 17.01.2026 - 10:20
Kollecə direktor təyin edildi17.01.2026 - 10:08
Rayonlarda distant təhsil başlayır17.01.2026 - 09:56
Bu smartfonlarda süni intellekt pulsuz olacaq17.01.2026 - 09:41