Təhsil 365 - Logo Mobile

Məktəblərdə üç fənn birləşir

12417.01.2026 - 11:12
Məktəblərdə üç fənn birləşir

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.

Maraqlıdır ki, bu fənnin adı nə ola bilər? Hansı ixtisası bitirən müəllimlər bu fənni tədris edə bilər? Ümumiyyətlə, bu fənn hansı siniflərdə tədris olunmalıdır?

Tehsil365” xəbər verir ki, bu barədə AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.

O, qeyd edib ki, bu, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir:

"Bu Konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə Cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzunmüddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın kimliyini yaşadan əsas dayaqlardan biridir və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur.

Onun yanaşmasına görə, milli mədəniyyət yalnız qorunmalı miras deyil, eyni zamanda gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir. Bu baxımdan “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası sadəcə mədəniyyət sahəsi üzrə strateji sənəd deyil, həm də təhsil, ictimai düşüncə və milli kimlik arasında körpü yaradan fundamental bir yol xəritəsidir.

Xüsusilə 2026-2030-cu illər üçün nəzərdə tutulan mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi ideyası Prezidentin “milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncəli cəmiyyət” modelinin praktik təzahürü kimi qiymətləndirilə bilər".

Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə keçirməyi hədəfləyir:

"Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, gənclər milli köklərini dərindən tanımalı, eyni zamanda qlobal dünyada öz kimliyini itirmədən rəqabət apara bilməlidir. Məhz bu səbəbdən mədəniyyətin məktəb mühitinə sistemli şəkildə daxil edilməsi təsadüfi deyil. Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə, milli-mənəvi dəyərlərə münasibətini formal bilik səviyyəsindən çıxararaq, daxili mənimsəmə və şüurlu dərk mərhələsinə keçirməyi hədəfləyir.

Eyni zamanda, bu Konsepsiya Prezidentin mədəniyyəti yalnız paytaxt mərkəzli deyil, regionları, yerli irsi, xalq yaradıcılığını və çoxşaxəli mədəni müxtəlifliyi əhatə edən ümummilli dəyər kimi görməsinin də göstəricisidir. Təhsil müstəvisində mədəniyyətin yer alması regionlarda böyüyən uşaqların öz mühitinə, yerli adət-ənənələrinə və tarixi yaddaşına daha şüurlu yanaşmasını təmin edə bilər.

Bu mənada Konsepsiyada nəzərdə tutulan yeni fənnin tətbiqi Prezidentin mədəniyyəti gələcəyə ötürülən strateji kapital kimi dəyərləndirməsinin məntiqi davamıdır və düşünürəm ki, bu yanaşma Azərbaycan təhsilinin məzmun baxımından daha dərin, daha kimlikyönümlü və daha dayanıqlı inkişafına ciddi töhfə verəcək".

Amidə Zeynalova

Xəbər Lenti

Dağlar gözəli Şuşa yenidən ağ örpəyə bürünüb19.01.2026 - 06:31
Respublika fənn olimpiadalarının rayon mərhələsində 715 xaçmazlı şagird biliyini sınayıb19.01.2026 - 06:19
Milli Kitabxanada tanınmış şairə Mədinə Gülgünün 100 illiyi münasibətilə kitab sərgisi açılıb19.01.2026 - 06:02
Lindi-hop icması ikinci ildönümünü qeyd edib19.01.2026 - 05:47
Müəllimlərə şad xəbər19.01.2026 - 05:33
Məktəblərdə üç fənn birləşir19.01.2026 - 05:17
DİM magistratura qəbuluna hazırlıq üçün sınaq imtahanı keçirib19.01.2026 - 05:02
Ad günündə şəhadətə ucalan şəhidi Habil Əzizovun xatirəsi anılır19.01.2026 - 04:48
Polis Akademiyasında kursantların valideynləri üçün “Açıq qapı” günü keçirilib19.01.2026 - 04:32
Bu gün qar yağacaq, şaxta olacaq19.01.2026 - 04:18
Günəşdə ilin ilk güclü patlayışı baş verib19.01.2026 - 04:02
NASA-dan Venera missiyası ilə bağlı YENİLİK18.01.2026 - 11:00
Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı18.01.2026 - 10:42
RFO-nun rayon (şəhər) mərhələsi keçirilib18.01.2026 - 10:27
Sabah hava necə olacaq?18.01.2026 - 10:14
Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb18.01.2026 - 09:59
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR18.01.2026 - 09:45
Magistraturaya qəbul üzrə sınaq imtahanı başlayıb18.01.2026 - 09:37
Azərbaycanda zəlzələ olub 18.01.2026 - 09:25
Bu gün hava necə olacaq? 18.01.2026 - 09:18
Viktoriyada dövlət məktəblərinin şagird məlumatları haker hücumuna məruz qalıb18.01.2026 - 09:06
Hökumətin RISE məktəb təkmilləşdirmə qrupları üzrə məsləhətləşməsi təxirə salındı18.01.2026 - 08:54
“Qayğı sistemi işləmirsə, risk artacaq” — Hesabatdan şok rəqəmlər 18.01.2026 - 08:36
Uels hökuməti “pulsuz kitab” sxemini xilas edəcəyini açıqladı18.01.2026 - 08:18
Bonus qalmaqalından sonra City & Guilds-in iki ən yaxşı rəhbəri məzuniyyətə göndərilib18.01.2026 - 08:00
Böyük Britaniya təhsilinə “məkrli” təsir göstərməkdə ittiham olunur18.01.2026 - 07:42
20 Yanvar – Hüzn gününə həsr edilmiş rəsm müsabiqəsi keçirildi18.01.2026 - 07:24
“Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının iclası keçirildi18.01.2026 - 07:06
“Yerin fırlanması” mövzusunda açıq dərs keçirildi18.01.2026 - 06:54
“Sağlamlıq və qidalanma” mövzusunda məşğələ keçirilib18.01.2026 - 06:36
Qax rayonunda Azərbaycan dili üzrə kiçik bilik yarışı keçirilib18.01.2026 - 06:18
Qax rayon Tasmalı kənd məktəbində daxili intizam qaydaları ilə bağlı maarifləndirici söhbət keçirilib18.01.2026 - 06:00
Astara şəhər 4 saylı məktəbdə daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə komissiyasının iclası keçirilib18.01.2026 - 05:42
Bakıda Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub18.01.2026 - 05:24
Görkəmli bəstəkar Əhməd-Cövdət Hacıyevin xatirəsi ehtiramla anılır18.01.2026 - 05:06
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyfəddin Dağlı anılır18.01.2026 - 04:54
Görkəmli kinorejissor Eldar Quliyevin xatirəsi anılır18.01.2026 - 04:36
Səadət Abdullayevanın xatirəsi ehtiramla anılır18.01.2026 - 04:18
Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti və tarixi rolu18.01.2026 - 04:00
“Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının iclası keçirildi17.01.2026 - 20:20
Taksi sürücüləri üçün imtahan keçiriləcək17.01.2026 - 13:39
Alimlərimizin növbəti məqaləsi yüksək impakt-faktorlu jurnalda17.01.2026 - 13:24
Fəlsəfə və Sosiologiya İnstitutunda Məmmədağa Sərdarovun 85 illiyi qeyd olunub - FOTO17.01.2026 - 13:12
Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir17.01.2026 - 12:57
Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib17.01.2026 - 12:42
Bu gün Uşaq ixtiraları günüdür17.01.2026 - 12:27
Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur17.01.2026 - 12:15
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb17.01.2026 - 12:00