Təhsil 365 - Logo Mobile

Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur

9417.01.2026 - 12:15
Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli qadın şairlərindən olan, Cənub mövzusunda bənzərsiz poeziya nümunələri yaradan, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur.

“Tehsil365" xəbər verir ki, Mədinə Nurulla qızı Ələkbərzadə 1926-cı il yanvarın 17-də Bakıda anadan olub. Əslən Ərdəbildəndir. İbtidai təhsilini Bakıda alıb. 1938-ci ildə ailəsi ilə birlikdə SSRİ vətəndaşı olmadıqları üçün deportasiya olunublar və Ərdəbil şəhərinə köçüblər. Bir müddət Ərdəbil şəhərində yaşadıqdan sonra Təbriz şəhərinə köçüblər. Atası həbs olunduqdan sonra Mədinə Ələkbərzadə toxuculuq karxanasında fəaliyyət göstərib.

Məhrumiyyətlərə, çətinliklərə, sıxıntılara baxmayaraq, Mədinə Gülgün ömrü boyu şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilib. “Yer üzündə bir evim var, Ocağı daim yanar. Onun sönməz şöləsindən, Ürəyim işıqlanar”-, deyən şair ailəsini, balalarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilmişdi.

Sonradan Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları ötən əsrin 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Onun “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb.

Tanınmış şairin ilk yaradıcılıq nümunələri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası xalqa, doğma Vətənə övlad məhəbbətində yoğurulub, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış ruhunda köklənib.

Onun əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları dərc olunub. Onun lirik şeirlərinə mahnılar bəstələnib.

“Şeirdi həyatda sərvətim mənim” deyən şairin yazdığı bu kitabların başlıca mövzusu insan taleyi, azadlıq hissi, Təbriz həsrəti, övladlarını qəlbdən sevən bir ana qəlbinin arzu və istəkləridir.

Qəlbi Cənub həsrəti ilə döyünən Xalq şairi Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün bir şair ömrünü mənsub olduğu xalqa şərəflə, vicdanla xidmətdə keçirib.

Yaşının ağbirçək çağlarında Vətən dərdli şairin yaralı kövrək ürəyinə daha bir ağır yara dəydi. Belə ki, 1990-cı il 20 Yanvar faciəsi onun poeziyasına qəmli, kədərli sətirlərlə hopub. Şəhidlərə də ürəkdən ağlayaraq “Bu şəhid balaların ölən vaxtı deyildi!...” deyərək onların dərdini də öz dərdinə qatıb, qan-yaş töküb, fəğan qoparıb.

Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Nə qədər ömrüm var sönməyəcəkdi,

Yaşamaq, yaratmaq həvəsim mənim!-, deyən şairin məğrur, bir az da nisgilli poeziyası heç zaman öz dəyərini itirməyəcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Dağlar gözəli Şuşa yenidən ağ örpəyə bürünüb19.01.2026 - 06:31
Respublika fənn olimpiadalarının rayon mərhələsində 715 xaçmazlı şagird biliyini sınayıb19.01.2026 - 06:19
Milli Kitabxanada tanınmış şairə Mədinə Gülgünün 100 illiyi münasibətilə kitab sərgisi açılıb19.01.2026 - 06:02
Lindi-hop icması ikinci ildönümünü qeyd edib19.01.2026 - 05:47
Müəllimlərə şad xəbər19.01.2026 - 05:33
Məktəblərdə üç fənn birləşir19.01.2026 - 05:17
DİM magistratura qəbuluna hazırlıq üçün sınaq imtahanı keçirib19.01.2026 - 05:02
Ad günündə şəhadətə ucalan şəhidi Habil Əzizovun xatirəsi anılır19.01.2026 - 04:48
Polis Akademiyasında kursantların valideynləri üçün “Açıq qapı” günü keçirilib19.01.2026 - 04:32
Bu gün qar yağacaq, şaxta olacaq19.01.2026 - 04:18
Günəşdə ilin ilk güclü patlayışı baş verib19.01.2026 - 04:02
NASA-dan Venera missiyası ilə bağlı YENİLİK18.01.2026 - 11:00
Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı18.01.2026 - 10:42
RFO-nun rayon (şəhər) mərhələsi keçirilib18.01.2026 - 10:27
Sabah hava necə olacaq?18.01.2026 - 10:14
Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb18.01.2026 - 09:59
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR18.01.2026 - 09:45
Magistraturaya qəbul üzrə sınaq imtahanı başlayıb18.01.2026 - 09:37
Azərbaycanda zəlzələ olub 18.01.2026 - 09:25
Bu gün hava necə olacaq? 18.01.2026 - 09:18
Viktoriyada dövlət məktəblərinin şagird məlumatları haker hücumuna məruz qalıb18.01.2026 - 09:06
Hökumətin RISE məktəb təkmilləşdirmə qrupları üzrə məsləhətləşməsi təxirə salındı18.01.2026 - 08:54
“Qayğı sistemi işləmirsə, risk artacaq” — Hesabatdan şok rəqəmlər 18.01.2026 - 08:36
Uels hökuməti “pulsuz kitab” sxemini xilas edəcəyini açıqladı18.01.2026 - 08:18
Bonus qalmaqalından sonra City & Guilds-in iki ən yaxşı rəhbəri məzuniyyətə göndərilib18.01.2026 - 08:00
Böyük Britaniya təhsilinə “məkrli” təsir göstərməkdə ittiham olunur18.01.2026 - 07:42
20 Yanvar – Hüzn gününə həsr edilmiş rəsm müsabiqəsi keçirildi18.01.2026 - 07:24
“Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının iclası keçirildi18.01.2026 - 07:06
“Yerin fırlanması” mövzusunda açıq dərs keçirildi18.01.2026 - 06:54
“Sağlamlıq və qidalanma” mövzusunda məşğələ keçirilib18.01.2026 - 06:36
Qax rayonunda Azərbaycan dili üzrə kiçik bilik yarışı keçirilib18.01.2026 - 06:18
Qax rayon Tasmalı kənd məktəbində daxili intizam qaydaları ilə bağlı maarifləndirici söhbət keçirilib18.01.2026 - 06:00
Astara şəhər 4 saylı məktəbdə daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə komissiyasının iclası keçirilib18.01.2026 - 05:42
Bakıda Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub18.01.2026 - 05:24
Görkəmli bəstəkar Əhməd-Cövdət Hacıyevin xatirəsi ehtiramla anılır18.01.2026 - 05:06
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyfəddin Dağlı anılır18.01.2026 - 04:54
Görkəmli kinorejissor Eldar Quliyevin xatirəsi anılır18.01.2026 - 04:36
Səadət Abdullayevanın xatirəsi ehtiramla anılır18.01.2026 - 04:18
Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti və tarixi rolu18.01.2026 - 04:00
“Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının iclası keçirildi17.01.2026 - 20:20
Taksi sürücüləri üçün imtahan keçiriləcək17.01.2026 - 13:39
Alimlərimizin növbəti məqaləsi yüksək impakt-faktorlu jurnalda17.01.2026 - 13:24
Fəlsəfə və Sosiologiya İnstitutunda Məmmədağa Sərdarovun 85 illiyi qeyd olunub - FOTO17.01.2026 - 13:12
Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir17.01.2026 - 12:57
Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib17.01.2026 - 12:42
Bu gün Uşaq ixtiraları günüdür17.01.2026 - 12:27
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb17.01.2026 - 12:00