Təhsil 365 - Logo Mobile

Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir

11117.01.2026 - 12:57
Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir

16 yanvar 2026-cı il tarixindən 131 dövlət orqanında 771 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

DİM-dən “Tehsil365"ə bildirilib ki, müsahibəyə çıxarılmış vakant inzibati vəzifələrin 2-si AB, 42-si AC, 85-i BA, 642-si isə BB vəzifə qrupuna aiddir.

Eyni zamanda, müsahibə elan edilən vəzifələrdən 26-sı 15 yerli icra hakimiyyəti orqanı tərəfindən, 245-i 60 məhkəmə hakimiyyəti orqanı tərəfindən, 79-u isə Naxçıvan Muxtar Respublikasının 21 dövlət orqanı tərəfindən təqdim edilib.

Müsabiqənin müsahibə mərhələsinə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (170 vəzifə) tərəfindən təqdim olunub. 

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 16 yanvar 2026-cı il tarixindən  16 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin dim.gov.az internet portalına müraciət edilə bilər.

Eyni zamanda bildiririk ki, qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50% miqdarında olmaqla aşağıdakı kimi müəyyən edilmişdir: 

Müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin internet portalında və namizədin şəxsi kabinetində yerləşdirildikdən sonra namizəd 48 saat ərzində müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməli, iştirak etməyəcəyi halda şəxsi kabinetinə daxil olmaqla müsahibədə iştirakdan imtina etməlidir. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Belə ki, namizədlərin müvafiq vəzifələrə uyğunluğunun yoxlanılması, müsahibə qrafikinin hazırlanması, müsahibə komissiyasının formalaşdırılması, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və müvafiq dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Müsahibələrdə iştirakdan imtina hallarının çoxluğu müsahibə elanlarının operativ verilməsində, müsahibələrin təşkilində çətinliklər yaradır, habelə müsahibələrdə uğur qazanmış namizədlərin təyinatı prosesini ləngidir. Qeyd olunanlara əsasən bildiririk ki, namizədlərin müsahibədə iştirak etməmələri, üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Aydan Ələkbərova

Xəbər Lenti

Kompüter mühəndisliyində 179 ballıq FƏRQ - Universitetlərdə üzrə müqayisə21.08.2026 - 16:26
MİQ üzrə müsahibə tarixləri açıqlanıb21.08.2026 - 15:44
Tələbələr və gənclər arasında radikal dini meyllərin qarşısı necə alınmalıdır? – İlahiyyatçı AÇIQLADI21.08.2026 - 15:11
Bağlanan universitetin tələbələri ilə bağlı AÇIQLAMA21.08.2026 - 14:57
MÜTDA: Məktəbli formasına görə valideynlərin hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir21.08.2026 - 14:54
“Sadəcə bir şərhdir” deməyin – Mənfi rəylər psixologiyaya necə təsir edir? - Psixoloqdan açıqlama21.08.2026 - 11:00
AzTU tələbələrindən ABŞ-də böyük uğur - 6 medal və xüsusi mükafat21.08.2026 - 10:55
“Axıska türklərinin taleyi ağır deportasiya faciələrindən biridir” – Birol Akgün21.08.2026 - 10:50
Yeni tədris ili: Məktəbli formaları ilə bağlı valideynlərə MÜRACİƏT21.08.2026 - 10:45
Kəlbəcərin Dəvəgözü yataqlarında beynəlxalq tədqiqat21.08.2026 - 10:40
BDU-da 220 yerlik “Tələbə evi” istifadəyə verilib21.08.2026 - 10:35
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi işıq üzü görüb21.08.2026 - 10:30
Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ – Elektron sənəd qəbulu uzadıldı21.08.2026 - 10:25
Bakıda Ahıska türklərinə həsr olunan “İtmiş sürgünün izində” sərgisi açılıb21.08.2026 - 10:20
BDU-nun həmtəşkilatçılığı ilə Qubada yay düşərgəsi təşkil olunub21.08.2026 - 10:15
MDU turizm mütəxəssislərinin hazırlanması üzrə fəaliyyətini genişləndirəcək21.08.2026 - 10:10
Məktəb direktoru olmaq istəyənlərə diqqət – Əsas şərtlər21.08.2026 - 10:00
Müəllimlərə ağ xalat tələbi – Yeni QAYDA21.08.2026 - 09:50
Uşaqlar sosial şəbəkələrdən nə qədər istifadə edir? – Sorğu nəticələri21.08.2026 - 09:40
İlham Əliyev Füzulidə Özbəkistanın inşa etdiyi məktəbdən danışdı21.08.2026 - 09:30
Özbəkistanda 176 azərbaycanlı təhsil alıb21.08.2026 - 09:20
Gələn il ən isti il ola bilər21.08.2026 - 09:10
Müsabiqədə elektron sənəd qəbulu müddəti uzadıldı21.08.2026 - 09:00
Sabaha olan hava proqnozu21.08.2026 - 08:05
MDU rektorundan abituriyentlərə müraciət21.08.2026 - 08:00
Alimlər Günəş tutulmasının insan beyninə təsirini araşdırdılar21.08.2026 - 07:25
Alimlər kainatın ən sürətli ulduzunu aşkarladılar21.08.2026 - 07:20
25 mindən çox abituriyent tələbə ola bilməyəcək21.08.2026 - 07:15
Şagirdlərin DİQQƏTİNƏ: Lisey və gimnaziyalara sənəd qəbulu başladı21.08.2026 - 07:10
Təmayül tədris modelinə keçid: Növbəti mərhələ başa çatdı21.08.2026 - 07:05
Rayonlardakı faktiki hava21.08.2026 - 07:00
Yeni tədris ilinə hazırlıq müzakirə olunub21.08.2026 - 06:55
61% azərbaycanlı tələbə Britaniyanı seçir21.08.2026 - 06:50
Dövlət qulluğu imtahanına qeydiyyat21.08.2026 - 06:45
Şagird və müəllimlərin sosial şəbəkələrdən istifadəsinə QADAĞA21.08.2026 - 06:40
V qrupu seçənlərin DİQQƏTİNƏ – Qəbul şansı daha yüksək olan universitetlər21.08.2026 - 06:35
Əziz Əliyevin 130 illiyi qeyd olunacaq – SƏRƏNCAM21.08.2026 - 06:30
V qrupda qəbul necə həyata keçirilir? – DİM21.08.2026 - 06:25
Ali məktəblərin akreditasiyasında YENİ SİSTEM21.08.2026 - 06:20
Bu gün Beynəlxalq Terror Qurbanlarını Anma Günüdür – TARİX21.08.2026 - 06:15
Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq tədbir keçiriləcək21.08.2026 - 06:10
Tələbələr üçün YENİLİK: Dərslər virtual laboratoriyalarda keçiriləcək21.08.2026 - 06:05
Alimlərdən qeyri-adi ulduz kəşfi21.08.2026 - 06:00
BMU komandası Silikon Vadisində keçirilən beynəlxalq festivalda gümüş medala layiq görülüb21.08.2026 - 05:58
Universitet diplomları yerini rəqəmsal sertifikatlara verir21.08.2026 - 05:48
Şagirdlərin elektron yerdəyişməsi başlayıb21.08.2026 - 05:41
Bu 3 təhsil müəssisəsində turizm təhsili YENİLƏNİR - İnfrastruktur gücləndiriləcək21.08.2026 - 05:32
Günün havası - 36 dərəcə isti, külək...21.08.2026 - 05:24