Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan yazıçı, şair, dramaturq və jurnalist Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı)nın xatirəsi ehtiramla yad edilir.
"Tehsil365" xəbər verir ki, Seyfəddin Dağlı 27 avqust 1921-ci ildə Quba qəzasının Xızı kəndində anadan olub. O, ədəbi yaradıcılığa gənc yaşlarından başlayaraq poeziya, nəsr və dramaturgiya sahələrində məhsuldar fəaliyyət göstərib. Onun əsərləri zəngin bədii dili, həyatilik və dərin mənəvi-psixoloji məzmunu ilə seçilib.
Seyfəddin Dağlı eyni zamanda jurnalist kimi də fəaliyyət göstərərək dövrünün ictimai-mədəni həyatında fəal iştirak edib, milli düşüncənin və ədəbi fikrin inkişafına töhfələr verib. Yazıçının pyesləri teatr səhnələrində uğurla tamaşaya qoyulub, əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Görkəmli ədib 18 yanvar 1983-cü ildə vəfat edib. Seyfəddin Dağlının zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatının qiymətli səhifələrindən biri kimi bu gün də yaşayır və yeni nəsillər üçün mühüm mənəvi mənbə olaraq qalır.

