2022-ci ildə Bakı şəhərində görkəmli xeyriyyəçi, sənayeçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin rəsmi açılış mərasimi keçirilib.
"Tehsil365" xəbər verir ki, Paytaxtın mərkəzi ərazilərindən birində ucaldılan abidə Azərbaycan xalqının maariflənməsi, təhsil və mədəniyyətin inkişafı naminə misilsiz xidmətlər göstərmiş Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Açılış mərasimində dövlət və ictimai xadimlər, elm və mədəniyyət nümayəndələri, ziyalılar iştirak ediblər.
Bildirilib ki, Zeynalabdin Tağıyev XIX–XX əsrlərdə Azərbaycan cəmiyyətinin sosial və mədəni həyatında mühüm rol oynayıb, xüsusilə qızların təhsili, məktəblərin, teatr və mədəniyyət ocaqlarının yaradılması sahəsində böyük xidmətlər göstərib.
Heykəlin açılışı milli-mənəvi dəyərlərə, xeyriyyəçilik ənənələrinə və tarixi şəxsiyyətlərə verilən yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirilib.

