Astara şəhər 4 saylı tam orta məktəbdə Məktəb üzrə daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə komissiyasının növbəti iclası keçirilib.
"Tehsil365" xəbər verir ki, İclasda tədris-təlim prosesinin keyfiyyətinin artırılması, məktəbdə həyata keçirilən fəaliyyətlərin mövcud vəziyyəti, əvvəlki iclaslarda qəbul edilmiş qərarların icra durumu və qarşıda duran vəzifələr müzakirə olunub. Komissiya üzvləri tərəfindən özünüqiymətləndirmə meyarları üzrə aparılan təhlillər dinlənilib, mövcud çatışmazlıqlar və onların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.
Sonda məktəbdə daxili keyfiyyət təminatının daha da gücləndirilməsi məqsədilə müvafiq tövsiyə və qərarlar qəbul olunub.

