15 yanvar 2026-cı il tarixdə Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində şagirdlər üçün daxili intizam qaydalarına həsr olunmuş maarifləndirici söhbət təşkil edilib.
"Tehsil365" xəbər verir ki, Tədbir zamanı məktəbdaxili davranış qaydaları, şagirdlərin hüquq və vəzifələri, nizam-intizamın tədris prosesində rolu barədə ətraflı məlumat verilib. Çıxış edənlər intizam qaydalarına əməl etməyin şagirdlərin şəxsi inkişafına, kollektivdə sağlam mühitin formalaşmasına və təhsil keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərdiyini vurğulayıblar.
Maarifləndirici söhbət interaktiv şəkildə keçirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı tövsiyələr verilib. Tədbirin sonunda şagirdlər daxili intizam qaydalarına riayət etməyin vacibliyini bir daha dərk etdiklərini bildiriblər.

