15 yanvar 2026-cı il tarixində Əliabad İki Nömrəli Məktəbdə 3-cü sinifdə Həyat bilgisi fənnindən “Yerin fırlanması” mövzusunda açıq dərs təşkil olunmuşdur.
"Tehsil365" xəbər verir ki,Dərs Məmmədova Məryəm müəllimin rəhbərliyi ilə keçirilmişdir.
Dərs zamanı şagirdlərə Yer kürəsinin fırlanmasının səbəbləri və nəticələri, gecə-gündüzün yaranması, fəsillərin dəyişməsi kimi mövzular əyani vasitələr və interaktiv üsullarla izah edilmişdir. Şagirdlər aktiv iştirak edərək mövzu ilə bağlı müxtəlif suallara cavab vermiş, qrup işləri aparmış və təqdimatlar hazırlamışlar.
Açıq dərsdə həmçinin müəllimin hazırladığı tədris materialları və slaydlar vasitəsilə mövzu daha əyani şəkildə göstərilmiş, şagirdlərin diqqətini cəlb etmək üçün oyunlar və sınaq tapşırıqları da tətbiq edilmişdir.
Dərsin sonunda müəllimə şagirdlərin nailiyyətlərini qiymətləndirmiş, mövzunun əhəmiyyətini vurğulamış və gələcək dərslərdə daha çox praktiki işlərin aparılacağını bildirmişdir.

