16 yanvar 2026-cı il tarixində Zaqatala rayonu Çökəkoba kənd tam orta ümumtəhsil məktəbində “Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının növbəti iclası keçirildi.
"Tehsil365" xəbər verir ki, İclasda məktəbin keyfiyyət təminatı sisteminin (KSQ) nəticələri, Bilik və Səriştə Qabiliyyəti (BSQ) imtahanlarına hazırlıq prosesi və valideynlərlə qarşılıqlı işin təşkili məsələləri müzakirə olundu.
İclas zamanı komissiya üzvləri KSQ-lərin nəticələrini təhlil edərək mövcud vəziyyəti qiymətləndirdilər, qarşıya qoyulan hədəflərə nail olmaq üçün görüləcək işlər və tədbirlər barədə fikir mübadiləsi apardılar. Eyni zamanda BSQ imtahanlarına hazırlığın səviyyəsi nəzərdən keçirildi və tədris prosesinin daha səmərəli təşkili üçün təkliflər irəli sürüldü.
Valideynlərlə əməkdaşlığın gücləndirilməsi məsələsinə xüsusi diqqət yetirildi. Məktəbdə valideynlər ilə müntəzəm əlaqənin qurulması, onların təhsil prosesində aktiv iştirakının təmin edilməsi, həmçinin məktəb–valideyn ünsiyyətinin daha da effektivləşdirilməsi üçün müxtəlif təşəbbüslər müzakirə edildi.
İclasın yekununda komissiya üzvləri gələcəkdə keyfiyyətin daha da yüksəldilməsi və tədris prosesinin təkmilləşdirilməsi məqsədilə konkret addımların atılması barədə qərarlar qəbul etdilər.

