Zaqatala Çökəkoba kənd tam orta məktəbində 20 Yanvar – Milli Hüzn Günü ilə əlaqədar şagirdlər arasında rəsm müsabiqəsi təşkil edildi.
"Tehsil365" xəbər verir ki, Məqsəd şagirdlərin vətənpərvərlik hissini gücləndirmək, 20 Yanvar hadisələrinin mənəvi-siyasi əhəmiyyətini aşılayaraq gənc nəsildə tarixə hörmət və milli yaddaşın qorunmasını təmin etmək idi.
Müsabiqədə müxtəlif siniflərdən olan şagirdlər fəal iştirak edərək 20 Yanvar faciəsinin əhəmiyyətini əks etdirən rəsm əsərləri təqdim etdilər. Şagirdlərin hazırladıqları işlərdə qəhrəmanlıq, vətənə sədaqət, milli birlik və azadlıq mövzuları öz əksini tapdı.
Müsabiqənin təşkilatçısı və müəllimi Qurbanova Həlimə şagirdlərin təqdim etdiyi rəsm əsərlərini qiymətləndirərək, yaradıcılıq və məzmun baxımından fərqlənən işləri seçdi. Məktəbdə keçirilən tədbir şagirdlər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və milli yaddaşın qorunması baxımından böyük əhəmiyyət kəsb etdi.

