Uels hökuməti, dörddə bir əsrdir yeni doğulan körpələrə pulsuz kitablar təqdim edən proqramın qısa müddətdə dayandırılacağı ilə bağlı açıqlamanın ardından, sxemin davam edəcəyini bildirib.
"Tehsil365" xəbər verir ki, Uelsdə fəaliyyət göstərən BookTrust Cymru təşkilatı, yeni doğulmuş uşaqlara kitab hədiyyə edən “Pulsuz Kitablar” sxeminin qrant maliyyələşməsinin dayandırılması qərarının ən kasıb ailələri dəstəksiz qoymaq riskini daşıdığını bildirmişdi. Təşkilatın direktoru Sioned , “Uels uşaqları üçün özümü çox pis hiss edirəm”.
Valideynlər isə proqramın onların körpələri ilə əlaqə qurmasına kömək etdiyini vurğulayıblar. Bir çox ailə üçün bu hədiyyə, uşaqla oxumağa başlamaq üçün ilk addım sayılır və onların uşaqlarının inkişafına müsbət təsir göstərir.
Maliyyələşdirmənin bir neçə həftə ərzində başa çatması planlaşdırılsa da, Uels hökuməti proqramın dayandırılmayacağını və davam edəcəyini açıqlayıb.

