Çərşənbə günü Viktoriya Təhsil Departamenti açıqlama verərək bildirib ki, xarici hakerlər dövlət məktəblərinin hazırkı və keçmiş şagirdlərinə aid məlumatlara daxil olublar.
"Tehsil365" xəbər verir ki, Departamentin məlumatına görə, hakerlər şagirdlərin adları, elektron poçt ünvanları, məktəb adları, sinif səviyyələri və şifrələnmiş parollarına giriş əldə ediblər.
Departament vurğulayıb ki, hakerlər doğum tarixi, telefon nömrəsi və ya ev ünvanı kimi daha şəxsi məlumatlara daxil ola bilməyiblər. Hakerlərin məlumatlara məktəb şəbəkəsi vasitəsilə daxil olduğu bildirilir.
Viktoriya Təhsil Departamenti şagirdlərin məlumatlarının qorunması və gələcək hücumların qarşısının alınması üçün əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.

