Bu gün 19 yanvar – 20 Yanvar faciəsinin şəhidi, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun III kurs tələbəsi Habil Əzizovun doğum günüdür.
“Tehsil365” xatırladır ki, 1968-ci il doğumlu Habil 1990-cı ilin qanlı gecəsində Sovet tankının altında qalaraq şəhid olub.
Habil və bütün Qara Yanvar şəhidlərinin xatirəsi Milli Matəm Günü kimi hər il hörmətlə yad edilir.

