Azərbaycanda ilk lindi-hop icmasının yaradılmasının ikinci ildönümünə həsr olunmuş “Swing & Jazz Night” adlı musiqili-rəqs gecəsi yanvarın 17-də Kapellhaus Mədəniyyət Mərkəzində keçirilib.
İcma 2023-cü ildə xoreoqraf Lenay Seyidəli-zadə və pedaqoq Eylem Ulus tərəfindən təsis olunub.
“Tehsil365” xəbər verir ki, konsert proqramında Azərbaycanın Xalq artisti, tanınmış cazmen Cavan Zeynallı, həmçinin caz ifaçıları Orxan Ağayev, Leyla Noir, SEVIL və HEGGY iştirak ediblər.
Səhnəyə “IMEC” musiqi məktəbinin tələbələri, “SwingIn’Baku” lindi-hop məktəbinin rəqqasları, həmçinin “Lynx Dance Group” və “Gülüstan Dance Ensemble” kollektivləri də çıxıblar.

