Təhsil 365 - Logo Mobile

LDU-da “Qanlı yanvar-əbədi xatirə” mövzusunda tədbir keçirilib - FOTO

7219.01.2026 - 16:19
LDU-da “Qanlı yanvar-əbədi xatirə” mövzusunda tədbir keçirilib - FOTO

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan tarixinin ən ağrılı, qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Qanlı yanvar-əbədi xatirə ” mövzusunda tədbir keçirilib.

“Tehsil365" xəbər verir ki, tədbir iştirakçıları 20 Yanvar faciəsində və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

LDU-nun Tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov çıxışında faciəni doğuran tarixi şərait, səbəbləri və ibrət dərsləri barədə danışıb. 20 Yanvar faciəsinin keçmiş ittifaq rəhbərliyinin həmin illərdə ittifaq respublikalarında, o cümlədən , Azərbaycanda yürütdüyü şovinist siyasətin acı nəticəsi olduğunu vurğulayaraq bildirib ki, M.Qorbaçov və onun əlaltılarının bütün cidd-cəhdlərinə, törətdikləri qanlı qırğına baxmayaraq Azərbaycan xalqı haqq mübarizəsindən nəinki geri çəkildi, əksinə, mübarizəni davam etdirərək, ittifaq halqasından qoparaq müstəqilliyini elan edən ilk respublikalardan oldu. Dos. Zaur Məmmədov bildirib ki, 20 Yanvar hadisəsi ilə bağlı ulu öndər Heydər Əliyevin mövqeyi, açıqlamaları, atdığı addımlar 36 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.

LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Emin Məlikov “20 Yanvar faciəsi-müstəqilliyə aparan yol”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dos. Qədim Rufullayev “20 Yanvar faciəsi: dünən və bu gün” mövzusunda məruzə ediblər. Məruzələrdə 36 il öncə baş verən hadisələr Azərbaycanın qanla yazılmış şanlı tarixi, şərəf, qeyrət salnaməsi, qəhrəmanlıq səhifəsi kimi dəyərləndirilib, xalqın azadlıq mübarizəsində H.Əliyevin müstəsna rolu vurğulanıb. Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə faciənin ibrət dərslərinin tələbələrə bütün açıqlığı ilə, faktlar və sənədlər əsasında çatdırılmasının, təbliğinin əhəmiyyəti əksini tapıb.

Tədbir 20 Yanvar faciəsini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı universitetin Elmi kitabxanasında sərgi açılıb.



Aydan Ələkbərova

Xəbər Lenti

Alyona Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - FOTO20.01.2026 - 07:23
Azərbaycan Universitetində 20 Yanvar faciəsi anılıb - FOTO20.01.2026 - 07:11
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub20.01.2026 - 06:54
Prezident Şəhidlər xiyabanından videoçarx paylaşdı - VİDEO20.01.2026 - 06:36
Bu gün hava necə olacaq? 20.01.2026 - 06:18
Əliabad 2 nömrəli məktəbdə Fikrət Əmirova həsr olunmuş nümunəvi dərs keçirilib20.01.2026 - 06:00
Astara şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:42
“Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur20.01.2026 - 05:24
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:06
Güclü geomaqnit qasırğası başlayıb20.01.2026 - 04:59
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü anıldı20.01.2026 - 04:54
1994-cü il Qarabağ müharibəsi: Kəlbəcər istiqamətində uğurlu hücum20.01.2026 - 04:36
1990-cı ilin 20 Yanvar faciəsi: Qara Yanvar20.01.2026 - 04:18
“İyrənc dərəcədə təhsilli” trendi: Sosial media bizi doğrudan da daha ağıllı edir?20.01.2026 - 04:00
20 Yanvar – Qara Yanvar faciəsindən 36 il ötür19.01.2026 - 20:00
Elm və Təhsil Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib19.01.2026 - 19:59
ADU kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - FOTO19.01.2026 - 19:52
ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO19.01.2026 - 19:40
Azərbaycan XİN: 20 Yanvar tarixi müstəqilliyimizin bərpası üçün təməl rolunu oynadı19.01.2026 - 19:28
Prezident 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib - FOTO19.01.2026 - 19:15
Astarada zəlzələ olub19.01.2026 - 19:03
ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 18:49
ADU müəllimləri Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq konfransda iştirak ediblər - FOTO19.01.2026 - 18:38
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib - FOTO19.01.2026 - 18:25
Moda əfsanəsi Valentino Qaravani vəfat etdi19.01.2026 - 18:12
FHN-də 20 Yanvar faciəsinin qurbanları yad edildi - FOTO19.01.2026 - 17:59
“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olub - FOTO19.01.2026 - 17:49
AMEA-nın Humanitar Elmlər Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib - FOTO19.01.2026 - 17:37
Mərkəzi Elmi Kitabxana 2025-ci ildəki fəaliyyətinə dair hesabat verib 19.01.2026 - 17:24
“Milli birlik və vətənpərvərlik simvolu” - anım tədbiri19.01.2026 - 17:11
PMS imtahanının II mərhələsinin yekun nəticələri elan olunub19.01.2026 - 16:54
UNEC “Qlobal Risklər Hesabatı 2026”nın rəsmi tərəfdaşı seçilib19.01.2026 - 16:42
Azərbaycanda ali təhsil alanların sayı 6 faiz artıb19.01.2026 - 16:30
Sabah maqnit qasırğası OLACAQ19.01.2026 - 16:30
Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR19.01.2026 - 16:08
İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü19.01.2026 - 15:50
Baş Prokurorluğun kollektivi Şəhidlər xiyabanında - FOTOLAR19.01.2026 - 15:39
BMU-da anım tədbiri - FOTOLAR19.01.2026 - 15:20
Zakir Həsənov Şəhidlər xiyabanında - FOTOLAR19.01.2026 - 15:10
DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO+VİDEO19.01.2026 - 14:59
Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO19.01.2026 - 14:47
Gənclər Kitabxanasında “Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir təşkil edilib - FOTO19.01.2026 - 14:32
Milli Kitabxanada 20 Yanvar hadisəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:20
Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:10
Pedaqoji Universitetdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO19.01.2026 - 13:57
TAU-da müasir laboratoriya infrastrukturu və milli elmi-sənaye platformaları formalaşdırılır19.01.2026 - 13:45
MEK-də 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib19.01.2026 - 13:32