Təhsil 365 - Logo Mobile

FHN-də 20 Yanvar faciəsinin qurbanları yad edildi - FOTO

7219.01.2026 - 17:59
FHN-də 20 Yanvar faciəsinin qurbanları yad edildi - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Tehsil365” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Tədbirdə Nazirliyin məsul əməkdaşları, FHN Akademiyasının professor-müəllim heyəti və kursantları, 20 yanvar şəhidi Cəbrayıl Xanməmmədovun oğlu Əbulfəz Xanməmmədov və "Uğurlu Yol" qəzetinin təsisçisi jurnalist İlyas Rzayev iştirak edib.

Əvvəlcə, mərasim iştirakçıları faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin baş verməsindən 36 il keçməsinə baxmayaraq, həmin dəhşətli gecənin ağrı-acılarının bu gün də xalqımızın qəlbində, yaddaşında yaşadığını diqqətə çatdırıblar. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ güc strukturlarına məxsus silahlı birləşmələr Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edilərək kütləvi qırğınlar törədib.

Sovet rəhbərliyinin cinayətkar əməllərinə etiraz edən Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 21 yanvar tarixində repressiv sovet rejiminin sərt qadağalarına baxmayaraq, öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ifşa edib.

Qeyd olunub ki, Ümummilli Liderin təşəbbüsü ilə 29 mart 1994-cü ildə Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edib. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması istiqamətində gərgin fəaliyyət göstərib və nəticədə bir çox həqiqətlər üzə çıxıb.

Bildirilib ki, Dahi Rəhbərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün Azərbaycanda effektiv sosial müdafiə sistemi formalaşdırılıb və həmin kateqoriyadan olan şəxslər bu gün də dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar.

Sonda qanlı yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Aydan Ələkbərova

Xəbər Lenti

Alyona Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - FOTO20.01.2026 - 07:23
Azərbaycan Universitetində 20 Yanvar faciəsi anılıb - FOTO20.01.2026 - 07:11
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub20.01.2026 - 06:54
Prezident Şəhidlər xiyabanından videoçarx paylaşdı - VİDEO20.01.2026 - 06:36
Bu gün hava necə olacaq? 20.01.2026 - 06:18
Əliabad 2 nömrəli məktəbdə Fikrət Əmirova həsr olunmuş nümunəvi dərs keçirilib20.01.2026 - 06:00
Astara şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:42
“Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur20.01.2026 - 05:24
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:06
Güclü geomaqnit qasırğası başlayıb20.01.2026 - 04:59
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü anıldı20.01.2026 - 04:54
1994-cü il Qarabağ müharibəsi: Kəlbəcər istiqamətində uğurlu hücum20.01.2026 - 04:36
1990-cı ilin 20 Yanvar faciəsi: Qara Yanvar20.01.2026 - 04:18
“İyrənc dərəcədə təhsilli” trendi: Sosial media bizi doğrudan da daha ağıllı edir?20.01.2026 - 04:00
20 Yanvar – Qara Yanvar faciəsindən 36 il ötür19.01.2026 - 20:00
Elm və Təhsil Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib19.01.2026 - 19:59
ADU kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - FOTO19.01.2026 - 19:52
ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO19.01.2026 - 19:40
Azərbaycan XİN: 20 Yanvar tarixi müstəqilliyimizin bərpası üçün təməl rolunu oynadı19.01.2026 - 19:28
Prezident 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib - FOTO19.01.2026 - 19:15
Astarada zəlzələ olub19.01.2026 - 19:03
ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 18:49
ADU müəllimləri Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq konfransda iştirak ediblər - FOTO19.01.2026 - 18:38
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib - FOTO19.01.2026 - 18:25
Moda əfsanəsi Valentino Qaravani vəfat etdi19.01.2026 - 18:12
“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olub - FOTO19.01.2026 - 17:49
AMEA-nın Humanitar Elmlər Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib - FOTO19.01.2026 - 17:37
Mərkəzi Elmi Kitabxana 2025-ci ildəki fəaliyyətinə dair hesabat verib 19.01.2026 - 17:24
“Milli birlik və vətənpərvərlik simvolu” - anım tədbiri19.01.2026 - 17:11
PMS imtahanının II mərhələsinin yekun nəticələri elan olunub19.01.2026 - 16:54
UNEC “Qlobal Risklər Hesabatı 2026”nın rəsmi tərəfdaşı seçilib19.01.2026 - 16:42
Azərbaycanda ali təhsil alanların sayı 6 faiz artıb19.01.2026 - 16:30
Sabah maqnit qasırğası OLACAQ19.01.2026 - 16:30
LDU-da “Qanlı yanvar-əbədi xatirə” mövzusunda tədbir keçirilib - FOTO19.01.2026 - 16:19
Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR19.01.2026 - 16:08
İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü19.01.2026 - 15:50
Baş Prokurorluğun kollektivi Şəhidlər xiyabanında - FOTOLAR19.01.2026 - 15:39
BMU-da anım tədbiri - FOTOLAR19.01.2026 - 15:20
Zakir Həsənov Şəhidlər xiyabanında - FOTOLAR19.01.2026 - 15:10
DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO+VİDEO19.01.2026 - 14:59
Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO19.01.2026 - 14:47
Gənclər Kitabxanasında “Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir təşkil edilib - FOTO19.01.2026 - 14:32
Milli Kitabxanada 20 Yanvar hadisəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:20
Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:10
Pedaqoji Universitetdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO19.01.2026 - 13:57
TAU-da müasir laboratoriya infrastrukturu və milli elmi-sənaye platformaları formalaşdırılır19.01.2026 - 13:45
MEK-də 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib19.01.2026 - 13:32