Təhsil 365 - Logo Mobile

ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

6919.01.2026 - 18:49
ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Milli istiqlal tariximizin zirvəsi” adlı anım tədbiri keçirilib.

Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli 20 Yanvar faciəsinin tarixinə nəzər salaraq, bu qanlı hadisənin baş vermə səbəblərindən və onun xalqımızın azadlıq mübarizəsində tutduğu mühüm yerdən danışıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, 20 Yanvar ümumxalq hüznü təkcə müəyyən bir günlə məhdudlaşmır, bu ağrı hər gün xalqın yaddaşında yaşayır. O vurğulayıb ki, şəhidlərin xatirəsinin daim yaşadılması cəmiyyətin mənəvi gücünü artırır, milli birlik və həmrəyliyi möhkəmləndirir. Rektor qeyd edib ki, xalqın çaşqınlıq içində olduğu bir dövrdə Ümummilli lider Heydər Əliyev Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıraraq sovet rəhbərliyini bu faciəyə görə açıq şəkildə ittiham edib. Akademik Kamal Abdulla əlavə edib ki, Azərbaycan xalqı sınmayıb, diz çökməyib və öz taleyinin sahibi olduğuna inanaraq müstəqillik yolunda qətiyyət göstərib. Bu gün ölkəmizin qazandığı uğurların da həmin inamın nəticəsi olduğu diqqətə çatdırılıb.

Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə “Müstəqil Azərbaycan ideyasının doğulması, inkişafı və reallaşması” mövzusunda məruzə ilə çıxış edərək 20 Yanvar faciəsinin dövlətçilik tariximizdəki xüsusi rolundan bəhs edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Zərifə Əliyeva “20 Yanvar – milli yaddaş və tarixi məsuliyyət” mövzusunda çıxışında bu faciənin xalqın kollektiv yaddaşında silinməz iz buraxdığını vurğulayıb.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi, dosent Aysel Bağırova isə “20 Yanvar faciəsi – ikiqütblü sistemdən yeni beynəlxalq münasibətlər sisteminə keçid kontekstində” mövzusunda məruzə ilə çıxış edib.

Filologiya fakültəsinin tələbəsi Ülkər Əsgərova “20 Yanvar – azadlığın qanla qazanılmış səhifəsi” mövzusunda çıxış edərək gənc nəslin bu tarixi hadisələrdən düzgün nəticə çıxarmasının vacibliyini qeyd edib.

Tədbirin sonunda iştirakçılar 20 Yanvar şəhidlərinin xatirəsinin daim ehtiramla anılmasının milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər.




Aydan Ələkbərova

Xəbər Lenti

Alyona Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - FOTO20.01.2026 - 07:23
Azərbaycan Universitetində 20 Yanvar faciəsi anılıb - FOTO20.01.2026 - 07:11
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub20.01.2026 - 06:54
Prezident Şəhidlər xiyabanından videoçarx paylaşdı - VİDEO20.01.2026 - 06:36
Bu gün hava necə olacaq? 20.01.2026 - 06:18
Əliabad 2 nömrəli məktəbdə Fikrət Əmirova həsr olunmuş nümunəvi dərs keçirilib20.01.2026 - 06:00
Astara şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:42
“Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur20.01.2026 - 05:24
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:06
Güclü geomaqnit qasırğası başlayıb20.01.2026 - 04:59
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü anıldı20.01.2026 - 04:54
1994-cü il Qarabağ müharibəsi: Kəlbəcər istiqamətində uğurlu hücum20.01.2026 - 04:36
1990-cı ilin 20 Yanvar faciəsi: Qara Yanvar20.01.2026 - 04:18
“İyrənc dərəcədə təhsilli” trendi: Sosial media bizi doğrudan da daha ağıllı edir?20.01.2026 - 04:00
20 Yanvar – Qara Yanvar faciəsindən 36 il ötür19.01.2026 - 20:00
Elm və Təhsil Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib19.01.2026 - 19:59
ADU kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - FOTO19.01.2026 - 19:52
ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO19.01.2026 - 19:40
Azərbaycan XİN: 20 Yanvar tarixi müstəqilliyimizin bərpası üçün təməl rolunu oynadı19.01.2026 - 19:28
Prezident 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib - FOTO19.01.2026 - 19:15
Astarada zəlzələ olub19.01.2026 - 19:03
ADU müəllimləri Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq konfransda iştirak ediblər - FOTO19.01.2026 - 18:38
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib - FOTO19.01.2026 - 18:25
Moda əfsanəsi Valentino Qaravani vəfat etdi19.01.2026 - 18:12
FHN-də 20 Yanvar faciəsinin qurbanları yad edildi - FOTO19.01.2026 - 17:59
“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olub - FOTO19.01.2026 - 17:49
AMEA-nın Humanitar Elmlər Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib - FOTO19.01.2026 - 17:37
Mərkəzi Elmi Kitabxana 2025-ci ildəki fəaliyyətinə dair hesabat verib 19.01.2026 - 17:24
“Milli birlik və vətənpərvərlik simvolu” - anım tədbiri19.01.2026 - 17:11
PMS imtahanının II mərhələsinin yekun nəticələri elan olunub19.01.2026 - 16:54
UNEC “Qlobal Risklər Hesabatı 2026”nın rəsmi tərəfdaşı seçilib19.01.2026 - 16:42
Azərbaycanda ali təhsil alanların sayı 6 faiz artıb19.01.2026 - 16:30
Sabah maqnit qasırğası OLACAQ19.01.2026 - 16:30
LDU-da “Qanlı yanvar-əbədi xatirə” mövzusunda tədbir keçirilib - FOTO19.01.2026 - 16:19
Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR19.01.2026 - 16:08
İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü19.01.2026 - 15:50
Baş Prokurorluğun kollektivi Şəhidlər xiyabanında - FOTOLAR19.01.2026 - 15:39
BMU-da anım tədbiri - FOTOLAR19.01.2026 - 15:20
Zakir Həsənov Şəhidlər xiyabanında - FOTOLAR19.01.2026 - 15:10
DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO+VİDEO19.01.2026 - 14:59
Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO19.01.2026 - 14:47
Gənclər Kitabxanasında “Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir təşkil edilib - FOTO19.01.2026 - 14:32
Milli Kitabxanada 20 Yanvar hadisəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:20
Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:10
Pedaqoji Universitetdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO19.01.2026 - 13:57
TAU-da müasir laboratoriya infrastrukturu və milli elmi-sənaye platformaları formalaşdırılır19.01.2026 - 13:45
MEK-də 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib19.01.2026 - 13:32